Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilərin atəşə tutduğu evlər bərpa edilir - Video
Tarix: 26-04-2016 | Saat: 21:07
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Ermənilərin atəşə tutduğu evlər bərpa edilir - Video
Bu gecə cəbhə xəttində baş verən döyüşlər zamanı Tərtər rayonunda 20 fərdi yaşayış evi ilə yanaşı, rayonun elektrik, qaz təsərrüfatına ciddi ziyan dəyib.

ANS-in məlumatına görə, artıq yüksək gərginlikli elektrik xətlərinin, o cümlədən qaz təchizatının normallaşdırılması ilə bağlı işlər görülür.

“Ümumilikdə cəbhə xəttində nisbi sakitlikdir. Azərbaycan ordusunun cavab zərbələrindən sonra səhər 05:00 radələrindən təmas xəttində nisbi sakitlikdir. Kəndlilər kəndi tərk etməyiblər. Onların yalnız bir narazılığı var ki, kənd təsərrüfatı qayğıları ilə məşğul ola bimirlər. Çünki açıq əraziyə çıxan zaman qarşı tərəf dinc əhalini atəşə tutur”, - deyə Ramil İbrahimov cəbhə xəttindən son məlumatları çatdırıb.

Kənd sakini Günay Şirinova evlərinə mərminin düşməsindən danışaraq hadisə baş verən zaman həyətdə olduqlarını bildirib.

“Biz çıxıb həyətdəki palmanın yanına çatanda mərmi evə düşdü. O biri otağa da qəlpələr düşüb, bütün dam örtüyü dəlmə-deşik olub”, - deyə kənd sakini evlərinə dəyən ziyandan danışıb.

Tərtər rayon FHN-dən verilən məlumata görə, rayon üzrə 20 evə ziyan dəyib.

Gecəboyu dinc yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mərmilərdən biri Tərtərin Qaynaq kəndində sakinlərdən birinin evinə düşüb. Nəticədə ev tamamilə qəzalı vəziyyətdədir.

Ev sahibinin sözlərinə görə, hadisə ailə üzvləri zirzəmiyə düşən zaman baş verib.

“Top həyətə düşdü. Bir neçə mərmi idi. Biri bu evin arxasına düşüb, digəri burada əmioğlu var, onun həyətinə düşüb”, - deyə dağılan mənzilin sahibin qohumu Əbdüləziz Nəcəfov bildirib.

Atışmadan sonra Tərtər rayonunda olan Müdafiə naziri Zakir Həsənov sakinlərlə görüşüb. Nazir Ermənistan ordusunun atəşkəsi pozmasının onlar üçün ağır nəticələndiyini bildirib. Zakir Həsənov onu da əlavə edib ki, qarşı tərəfin növbəti təxribatlarına cavab da ağır olacaq.


Xəbəri paylaş

5678 dəfə oxunub.

Digər xəbərlər
9-10-2018, 15:25 Sabah duman olacaq

bütün xəbərlər
____ Instagram ___