Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması təhlükəsi böyükdür” - Nazir
Tarix: 26-04-2016 | Saat: 16:53
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

“Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması təhlükəsi böyükdür” - Nazir




“Silahlar susmalı, hər iki tərəf sülh sazişinə hazır olmalıdır. Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması təhlükəsi böyükdür. Yeni bir hərbi münaqişənin yaranması əlavə əzablara səbəb olacaq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir deyib. O bildirib ki, Bakıya dialoqun bərpası üçün gəlib: “Münaqişənin uzanmasının qarşısını almaq lazımdır. Münaqişəni hərbi yolla həll etmək qeyri-mümkündür”.

H. Desir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi donmuş münaqişə deyil: “Hər il, hər ay Qarabağda itkilər olur. Fransa ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ABŞ və Rusiya ilə birlikdə uzunmüddətli həll yolu tapmaq istəyir. Biz Madrid prinsiplərini tətbiq etmək istəyirik ki, bu da uzunmüddətli həll yoluna gətirib çıxaracaq. Əsas odur ki, gücdən istifadə etməmək, sülh yolu ilə münaqişəni həll etmək lazımdır”.

Dövlət naziri qeyd edib ki, silahlar susmalıdır, hər iki tərəf sülh sazişinə hazır olmalıdır: “Fransa bütün qüvvəsini bu istiqamətdə səfərbər edəcək”.


Xəbəri paylaş

5528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___