Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zal Yusifov dəymiş ziyanı ödəməlidir
Tarix: 26-04-2016 | Saat: 16:42
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Zal Yusifov dəymiş ziyanı ödəməlidir

Son illər bank sektorunda dələduzluq faktları ilə bağlı çoxsaylı cinayət işləri başlayıb. Cinayət törədən şəxslər məhkəmənin hökmü ilə məhkum olunsalar da, vətəndaşlara dəymiş ziyanın ödənilməsi problemi qalır. Belə hallarda əmanətləri banklarda batan vətəndaşlar məhkəmələrin süründürməçiliyi ilə üzləşirlər.

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov 2008-ci ildə həbs edilsə də, bu cinayət işi üzrə zərərçəkmiş 81 nəfərin hüquqları bu günə kimi bərpa olunmayıb. Məhkumun atası Zakir Yusifovun mülklərin oğluna yox, özünə məxsus olması ilə bağlı iddia ilə çıxış etməsi dəymiş ziyanın zərərçəkmişlərə ödənməsinə mane olur.

Bu ilin fevralın 12-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə bir daha sübut olundu ki, mülklər məhkum Zal Yusifova məxsusdur. Rəsmi sənədlərin olmasına baxmayaraq dələduz bankirin atası Zakir Yusifov yenə də kasasiya şikayəti verib. Onun kasasiya şikayəti verməkdə məqsədi müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlakların hərraca çıxarılmaması ilə bağlıdır.

Zakir Yusifovun kasasiya şikayəti Ali Məhkəmədə hakim İlqar Hüseynovun icraatına verilib. Yaxın günlərdə iş üzrə yenidən məhkəmə prosesi başlayacaq.

Hüquqşünas Mirismayıl Hadi Teleqraf.com-a açıqlamasında bildirib ki, banklardan zərər görən vətəndaşlar dəymiş ziyanla bağlı məhkəmələrdə mülki iddia qaldırmalıdırlar. Onun sözlərinə görə, vətəndaş iddiasında kimin tərəfindən, hansı səbəbdən ziyanın vurulmasını göstərməlidir: “Mülki iddia məhkəmə qaydasında ziyan vuran banka və yaxud fiziki şəxsə qarşı olmalıdır. Cinayət işləri üzrə məhkəmə hökm çıxaran zaman ziyan çəkən vətəndaşın mülki iddiasına baxmalı və mülki iddianın təmin edilməsi ilə bağlı qərar qəbul etməlidir. Bunu etməyəndə vətəndaşın hüququ yaranır ki, ziyan vuran şəxsə qarşı mülki iddia qaldırsın. Ziyan çəkən vətəndaşın öz pulunu tələb etmək hüququ var. Bu hüquqdan istifadə etmək vacibdir. Amma bəzi hallarda bizim vətəndaşlar bu imkana barmaqarası yanaşırlar”.

Hüquqşünas əlavə edib ki, bank sektorunda baş verən dələduzluq faktları ilə bağlı bank rəhbərləri həbs edilir, ziyan çəkən vətəndaşlar isə ümumi qaydada zərərçəkmiş kimi tanınır: “Belə olan halda zərərçəkmişlər ortalıqda qalır və ziyan ödənilmir. Bizdə praktikada belə hallar çoxdur”.

Mirismayıl Hadi bildirib ki, mülki iddia təmin olunandan sonra qərar qüvvəyə mindiyi andan ziyanın ödənilməsi icraçılar tərəfindən həyata keçirilməlidir:

“Mülki iddia ərazi üzrə məhkəmə icra orqanlarına göndərilir və icra məmurları tərəfindən icra işləri başlanılır”.

“Texnikabank”da əmanətləri batan vətəndaşların pullarının 6 ilə yaxındır ödənilməməsi məsələsinə toxunan hüquqşünas bildirib ki, Zal Yusifovun pulları ödəməsi vacib məsələdir:

“Bizim məhkəmə praktikasında qeyri-müəyyən vəziyyət hökm sürür. Bu işdə vətəndaşa ziyanın ödənilməsi məqsədi ilə cinayət törədən şəxsin əmlakı müsadirə olunmalıdır. Zal Yusifovun da əmlakı məhkəmə yolu ilə müəyyən edilib, əmlak müsadirə olunmalı və vətəndaşa dəymiş ziyan ödənəilmələdir”.

Onun sözlərinə görə, pul olmadığı halda ziyanın ödənilməsi açıq qalır:

“Belə olan halda vətəndaş heç nə edə bilməz. O, gözləmə mövqeyi tutmalı, cinayəti törədən şəxsin pulu olana kimi gözləməlidir. Həmin şəxs pulu olandan sonra dəymiş ziyanı ödəyə bilər. Dələduzluq cinayəti törədən şəxslər vurulmuş ziyanı mütləq ödəməlidir. Yoxsa ömrü boyu məhkumluğu üzərindən götürülməyəcək”.

Zal Yusifovun cəzasını çəkəndən sonra da vətəndaşlara dəymiş ziyanını ödəməyə borclu olduğunu vurğulayan hüquqşünas qeyd edib ki, məhkəmə icraçılarının da burada böyük rolu olmalıdır: “Məhkəmə icraçıları Zal Yusifovla bağlı müvafiq qurumlara sorğu verməli və onun əmlakının vəziyyətini öyrənməlidirlər”.

Mirismayıl Hadi qeyd edib ki, dələduzluq cinayətləri törədən şəxslər adətən, öz adlarında heç bir əmlak və pul saxlamırlar:

“Belə cinayət törədən şəxslər həmişə mülklərini, obyektlərini qohumlarının adlarına sənədləşdirirlər. Fikirləşirlər ki, gələcəkdə bu cür hallar baş verəndə ziyanın ödənilməsindən yayına bilsinlər. Bu məntiqlə Zal Yusifovun adına olan mülklər, obyektlər satışa çıxarılmalı və vətəndaşlara dəymiş ziyan ödənilməlidir”.


Xəbəri paylaş

9428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___