Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu xəstəxanada daha bir xəstəni öldürdülər
Tarix: 26-04-2016 | Saat: 15:19
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bu xəstəxanada daha bir xəstəni öldürdülər
Mərkəzi Neftçilər Xəstəxanasında həkimin səhlənkarlığı ucbatından növbəti ölüm faktı qeydə alınıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə həkim Abbasəli Abbasəliyevin səhlənkarlığı ucbatından dünyasını dəyişmiş şəxsin qızı Azxəbər.com-a bildirib.

Bakı sakini Həcər Alxasovanın dediyinə görə, 2016-ci ilin mart ayında atası Alxasov Murad ürəyində yaranmış yüngül problemlə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib:

"İnsanın doğmasını hansısa həkimin səhvi və səhlənkarlığı nəticəsində itirməsi qədər ağrılı dərd yoxdur. Təəssüf ki, bəzi həkimlərin insan həyatına laqeyd yanaşması bir çox ailənin çırağını söndürür, övladları valideynsiz, valideynləri övladsız qoyur. Artıq atamızı heç nə geri qaytara bilməyəcək. Artıq heç bir söz keçirdiyimiz bu dəhşətli günlərə təsəlli, qanayan yaramıza məlhəm ola bilməyəcək. Amma bizim başımıza gələnlər başqalarının da başına gəlməsin, bizim yaşadığımız taleyi başqaları da yaşamasın deyə, həkim seçimində daha diqqətli olmaları üçün baş verənləri bütün incəlikləri ilə oxucularınızla bölüşmək istərdim.

Atam 1958-ci il təvəllüdlü Alxasov Murad Səfər oğlu ilə 12.03.2016-cı il tarixdə yüngül gərginlik stenokardiyası şikayətləri ilə Mərkəzi Neftçilər Xəstəxanasında Kardiologiya şöbəsinin müdiri, həkim Abbasəli Abbasəliyevin qəbulunda olduq. Həkim el arasında "Anju" kimi tanınan koronaroangioqrafiya müayinəsindən keçdikdən sonra ürəyin 3 damarının 75-90 faizli daralması diaqnozu ilə damar statusu qiymətləndirmədən təcili stent qoymaq lazım olduğunu bildirdi. Çətinliklə keçən implantasiya zamanı stent həkimin əlindən sürüşərək qan dövranına salındı; açıq əməliyyatla qasıq nahiyyəsindən çıxarıldı. Buna baxmayaraq, prosedur 3 saat davam etdirildi və çox çətinliklə LAD damara (əsas magistral damar) 2 stent qoyuldu. İki gün sonra kardioloq Abbasəliyev özü qoyduğu LAD damarın stentindən narahat olaraq, yenidən "Anju" müayinəsi etdi. Həkim Rəşad Mahmudovla birlikdə təkrar müayinədə stendlərin açıq və yerində olduğuna, heç bir problem olmadığına qərar verildi. Onu da bildirim ki, əməliyyat zamanı qan itirmiş xəstədə dəfələrlə təkid etməmizə baxmayaraq, hemoqlobin yoxlanılmadı, yalnız evə yazılan zaman yoxlanıldı və bu zaman kəskin aşağı düşdüyü (ilkin 14,9, buraxılış zamanı 8,3) aşkar olundu. Buna baxmayaraq, stent qoyulmuş, açıq əməliyyatdan çıxmış, hemoqlobini kəskin aşağı olan, nəticədə xəstəxanada olduğu müddətdə sinkopa (özündən getmə) düşmüş və ürək infarktına səbəb olmuş xəstəni 8,3 hemoqlobinlə evə yazırlar. Evə yazıldıqdan bir gün sonra xəstədə gəlib-keçici, göynədici, tipik angina pektoris (ürək ağrıları) şikayətləri başlayır. Dəfələrlə A.Abbasəliyevə xəstənin şikayətləri haqda məlumat verməyimizə baxmayaraq, həkim heç bir narahatlığa əsas olmadığını, yalnız nitroglicerin dərmanını qəbul etməli olduğunu bildirir".

Şikayətçi həmin gün növbətçi olan Bahadur həkimdən də şikayətçi olduğunu bildirib:

"Növbəti gün gecə vaxtı yenidən xəstə ürək nahiyəsində güclü göynədici ağrılardan şikayətlənir. Lakin Neftçilər Xəstəxanası xəstəni qəbul etməkdən imtina edir, bir neçə dəfə A.Abbasəliyevlə əlaqə saxlayandan sonra vaxt itkisi ilə xəstə qəbul olunur. Bahadur həkim xəstənin şikayətlərinin yalnız təzyiq fonunda olduğunu düşünərək yenidən 2 saata yaxın vaxtı təzyiqin salınmasına sərf edir. Ancaq 3-cü dəfə təkidlə biz EKG çəkdirdikdən sonra ürəyin geniş infarktı göstəriciləri görülür. Bu dəfə isə böyük Kardioloji şöbədə yenidən təcili olaraq "Anju" müayinəsi aparacaq bir həkim tapılmadığı üçün 5 saatlıq böyük vaxt itkisi ilə atam Mərkəzi Klinik Xəstəxanaya göndərilir".

Şikayətçi bildirib ki, Abbasəli həkim xəstənin ən ağır dönəmində xarici ölkələrdən birinə gedibmiş:

"Qeyd edim ki, baş verən bu proseslər zamanı kardioloq A.Abbasəliyev xəstənin vəziyyətinin ağırlığını nəzərə almadan, güvəndiyi bir həkimə etibar etmədən, özünün dediyinə görə, xaricə istirahətə getmişdi və onunla olan bütün dialoqlarımız telefonla, mesajla olmuşdur. Mərkəzi Klinik Xəstəxanasında müayinə nəticəsində isə qoyulmuş stentin tam açılmadığı, tamamilə tromblaşdığı məlum oldu və görülən bütün tədbirlərə baxmayaraq, növbəti iki saatda ürəyin ön divarının geniş infarktı və kəskin sol mədəcik çatışmazlığı diaqnozu ilə atam dünyasını dəyişdi.

Bunları yazmaq olduqca çətindir. İnsan həyatının həkimlərimiz tərəfindən ucuzlaşdırılması çox ağrılı bir haldır.

Sonda isə bu xəstəxananın tək qurbanı olmadığımızı nəzərə alaraq onu demək qalır ki, Allah heç kəsin yolunu “nüfuzlu” klinika olan Mərkəzi Neftçilər Xəstəxanasının kardioloji şöbəsinə salmasın".

Xatırladaq ki, bundan öncə də adıçəkilən xəstəxanada həkim səhlənkarlığı ucbatından bənzər hadisələr dəfələrlə baş verib".


Xəbəri paylaş

6918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___