Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SWIFT-dən müştərilərə xəbərdarlıq
Tarix: 26-04-2016 | Saat: 14:17
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər


SWIFT-dən müştərilərə xəbərdarlıq

SWIFT beynəlxalq ödəniş sistemi öz müştərilərinə “kiber insindetlər” barədə xəbərdarlıq edib.

İKT. "Xəbəraz.az "ın “Reuters”ə istinadən verdiyi məlumata görə, beynəlxalq banklararası informasiya mübadiləsi sistemi SWIFT müştərilərə xəbərdarlıq göndərərək sistemdə çoxlu sayda “kiber insident” baş verdiyini onların nəzərinə çatdırıb. Xəbərdarlıqda bildirilir ki, istər sistemin daxilində, istərsə də xaricində fəaliyyət göstərən cinayətkarlar lokal interfeysə, yaxud birbaşa SWIFT-ə qoşulmuş maliyyə qurumlarının bek-ofislərindən, şəxsi və ya iş kompüterlərindən sistemə ödəniş məlumatları göndəriblər. Baş vermiş “kiber insident”lərin qurbanları və məruz qalınan itkilər haqda açıqlama verilməyib.

SWIFT bu həftənin bazar ertəsindən etibarən bankların sistemə giriş üçün istifadə etdiyi proqram təminatını yeniləyib. Yeni proqram mayın 12-nə qədər bütün istifadəçilər tərəfindən yüklənməlidir.

Xatırladaq ki, bu yaxınlarda Banqladeş Mərkəzi Bankına məxsus hesablardan 81 milyon dolları oğurlayan hakerlərin məhz SWIFT-dəki boşluqlardan yararlandıqları bildirilir.


Xəbəri paylaş

6098 dəfə oxunub.

Digər xəbərlər
16-09-2017, 13:41 Nazir oğlu dəfn olundu

bütün xəbərlər
____ Instagram ___