Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sinoptiklər 30 dərəcəyədək isti proqnozlaşdırırlar
Tarix: 26-04-2016 | Saat: 13:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Sinoptiklər 30 dərəcəyədək isti proqnozlaşdırırlar
Mülayim-cənub küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal qərb küləyi gündüz mülayim-cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 20-25, yarımadanın bəzi yerlərində 27 dərəcə, Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 27-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Xəbəri paylaş

5818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___