Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
(R) "Kapital Bank"ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan” layihəsi yekunlaşdı
Tarix: 26-04-2016 | Saat: 13:04
Bölmə:Karusel / İqtisadiyyat / Foto-fakt | çapa göndər

(R) "Kapital Bank"ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan” layihəsi yekunlaşdı

Xəbər verdiyimiz kimi, ölkəmizdə təhsilin inkişafına mühüm önəm verən Kapital Bank, Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq memorandumu imzalamışdı. Əməkdaşlıq çərçivəsinə tələbələr arasında Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə “Made in Azerbaijan” layihəsi keçirilib.

Ötən həftə layihə yekunlaşıb və qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirin sonunda 7 finalçı biznes ideyalarını təqdim edib və münsiflər heyəti 3 qalibi seçib. Qaliblərə Kapital Bank adından pul mükafatı, korporativ hədiyyələr, həmçinin sertifikatlar təqdim edilib. Birinci yerin qalibi 1000, ikinci yer 750, üçüncü yer 500 AZN ilə mükafatlandırılıb. Digər finalçılara isə 200 AZN məbləğində pul mükafatı verilib.

“Kapital Bank ölkədə bank fəaliyyəti ilə məşğul olmaqla yanaşı sosial yönümlü layihələrə, əsasən də müxtəlif təhsil proqramlarına dəstək göstərir. “Made in Azerbaijan” layihəsinə 60-dək biznes ideya təqdim edilib və ən yaxşıları qalib elan olunub. Kapital Bank Azərbaycan Dövlət İqtisad Universiteti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində müxtəlif innovativ layihələrin həyata keçirilməsini planlaşdırır” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Xəbəri paylaş

5938 dəfə oxunub.

Digər xəbərlər
20-04-2017, 18:30 Gül suyunun faydaları

bütün xəbərlər
____ Instagram ___