Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saçınızı boyamadan iki gün əvvəl... – Xanımların nəzərinə!
Tarix: 26-04-2016 | Saat: 12:26
Bölmə:Karusel / Qadınlar / Foto-fakt | çapa göndər

Saçınızı boyamadan iki gün əvvəl... – Xanımların nəzərinə!
Müəyyən yaş ötdükdən sonra ağarmış saçları gizlətmək üçün qadınlar boyaya müraciət edir. Gənc xanımlar isə fəsilə, dəbə uyğun olmaq üçün saçlarını boyayırlar. Hər iki halda ilk növbədə saçların sağlamlığını düşünmək lazımdır. Saçlarını boyayan zaman xanımlar çox zaman xoşagəlməz hallarla da rastlaşırlar. Bunun qarşısını almaq və saçların sağlamlığını qoruyaraq rənglənməsi üçün bir neçə qaydaya əməl etmək lazımdır. Aile.lent.az bu qaydalarla sizi də tanış edir


- Boyadan 1-2 gün əvvəl saçları yumaq olmaz. Saç dərisinin yanmasının qarşısını almaq üçün boyadan əvvəl saçlar yuyulmamalıdır.

- Yenidən rəngləmək üçün ən azı 1-2 həftə gözləmək lazımdır. Çox zaman xanımlar saçlarını boyadıqdan sonra istədikləri rəngi almadıqlarını düşünürlər. Yenidən boyamaq üçün tələsməyin. Ən azı 1-2 həftə gözləməsəniz, saçlarınız parlaqlığını və sağlamlığını itirər.

- Saçlarınızı rəngləməzdən əvvəl nəmləndirin. Çünki saçlar zaman keçdikcə məsaməli bir hal alır. Daha sağlam saçlar üçün rəngləmədən 2 həftə əvvəl nəmləndirmə terapiyası etmək vacibdir.

- Durulanmayan saç kremi istifadə edin. Bu saç kremləri saç rənginin solmasının qarşısını alır. Durulanmayan kremlər saç tellərini günəş şüalarının mənfi təsirlərinə qarşı qoruyur.

- Boyalı saçlar üçün uyğun məhsullardan istifadə edin. Saçlarınızı boyadıqdan sonra əlinizə keçən hər şampunla başınızı yumayın. Boyalı saçlar üçün təklif edilən şampun, qidalandırıcı qulluq kremləri və yağlarına üstünlük verin.


Xəbəri paylaş

7148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___