Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir: Qiymətlərdə heç bir artım yoxdur
Tarix: 14-03-2015 | Saat: 12:35
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Nazir: Qiymətlərdə heç bir artım yoxdur
Daha bir yarmarka Sumqayıtda açılacaq.

Qiymətlərlə sizinlə birlikdə maraqlandım. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərdə heç bir artım yoxdur.

Xeberaz.az xəbər verir ki, bunu Xətai rayonunda “Bakı” kinoteatrının yaxınlığında yerləşən kənd təsərrüfatı məhsulları yarmarkasında ölkənin kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə bildirib.

H.Əsədovun sözlərinə görə, nazirlik qiymətlərin azalmasına heç bir inzibati təsir göstərməyib.

“Sadəcə bazarda təklifi artırmaqla, tələbi daha dolğun ödəməklə qiymətlərin azalmasına nail olmuşuq. Daha doğrusu, qiymətlər avtomatik surətdə dediyimiz qanuna uyğun olaraq formalaşıb. Hesab edirəm ki, əhali heç bir çətinlik çəkmədən bu qiymətlərlə öz bazarlığını edəcək”, - deyə, nazir bildirib.

Nazir bildirib ki, bayram yarmarkaları 7 gün davam edəcək.

H.Əsədov həmçinin bu il yarmarkaların sayının artırıldığını da bəyan edib:

“Xətaidə 2-ci, Yasamalda 2-ci yarmarka açılıb, Binəqədidə yarmarka yeniləşdirilib, Suraxanıda tam yenisi açılıb, Sumqayıtda da yaxın günlərdə yarmarka açılacaq”, - deyə, nazir vurğulayıb.

Bazarda quru meyvələr, çərəzlərin qiymətindəki dəyişikliklə bağlı sualı cavablandıran nazir bildirib ki, quru meyvələrin əksər hissəsi idxal hesabına formalaşır:

“Dünya bazarında, idxal etdiyimiz ölkələrdə quru meyvə bazarında bir qədər qıtlıq müşahidə olunur. Dünya miqyasında bu meyvələrin qiyməti artıb və bu Azərbaycanda da müşahidə oluna bilər”, - deyə, o, bildirib.

Nazir həmçinin ölkədə kənd təsərrüfatı məhsullarının qiymətinin azalmasına nail olmaq üçün fermerlərə daha çox dəstək göstərilməli olduğunu və bu istiqamətdə işlər aparıldığını vurğulayıb.


Xəbəri paylaş

7598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___