BMT ilə bağlı kitabın təqdimatı oldu - Bakıda
Tarix: 26-04-2016 | Saat: 01:26
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Aprelin 25-də Bakıda BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) Gənclər Forumu çərçivəsində Alyansa həsr olunmuş “Me, We, Us” (Mən, biz, bizə) kitabının təqdimat mərasimi keçirilib.
AzərTac xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti adından Forumun Bakıda keçirilməsinə verdikləri dəstəyə görə BMT-nin Sivilizasiyalar Alyansına təşəkkür edib.
Ölkəmizin mədəniyyətlərarası dialoqa böyük töhfələr verdiyini deyən nazir, bu sahədə görülən işlərdən birinin də adıçəkilən kitabın hazırlanması olduğunu vurğulayıb. Bildirib ki, kitabın hazırlanması Azərbaycan Prezidenti və Sivilizasiyalar Alyansının rəhbərliyi tərəfindən dəstəklənib. Kitabda mədəniyyətlərin sülh içində birgə yaşayışını, qarşılıqlı anlaşmanı nəzərdə tutan ideyalar və yanaşmalar yer alıb. Bakının çox sayda tədbirlərə ev sahibliyi etdiyini deyən Ə. Qarayev bu ənənənin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu əlavə edib.
Daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir müasir dünyada sivilizasiyalararası toqquşmaların çox ciddi problemlər yaratdığını diqqətə çatdırıb. Ali nümayəndə deyib ki, Sivilizasiyalar Alyansının əsas məqsədi müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə yaşamasını təşviq etməkdir. Kitabın mədəniyyətlərarası dialoqu təbliğ etmək baxımından çox dəyərli olduğunu deyən Nasir Əbdüləziz Əl-Nasir, eyni zamanda, bunun Azərbaycan və Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Xəbəri paylaş
5798 dəfə oxunub.
Digər xəbərlər

1-12-2016, 18:14
Baş ağrısı zamanı gicgahlara çəkin... TƏBİİ ÇARƏ
20-07-2017, 11:39
Səudiyyə Ərəbistanından gözlənilməz QƏRAR: qısa ətəkli qadın azadlıqda
27-07-2015, 13:59
Raket parçalandı, Putin dodaqlarını dişlədi - VİDEO
3-06-2017, 19:17
Acun və sevgilisi toya hazırlaşır - Foto
4-06-2016, 12:49
Kemeron Məhəmməd Əlidən yazdı - Foto
8-02-2018, 12:29
Dünya Kuboku Bakıya xüsusi təyyarə ilə gətiriləcək
18-07-2017, 11:26
Bakıda dərzi sexində yanğın baş verib, ölən və xəsarət alan var
12-08-2015, 14:14
Bakıda övladına kömək edə bilməyən ana özünü öldürdü