Avropada jurnalistin badalaq vurduğu Suriya qaçqını Bakıda - FOTO
Tarix: 25-04-2016 | Saat: 23:13
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Macarıstanda qadın reportyorun badalaq vuraraq yerə yıxdığı miqrant oğlu ilə paytaxtımız Bakıya gəlib.
Bir neçə ay öncə Suriyada baş vermiş hadisələrə görə Macarıstana qaçan suriyalı ata və oğlunu bir çoxları xatırlayarlar. Onlar gömrük xəttini keçmək istəyərkən macarıstanlı qadın reportyorun tərbiyəsizliyi və yolverilməz davranışı ilə üzləşmişdilər.
Jurnalist qadın ölkəyə gələn və Almaniyaya keçməyə çalışan miqrantlarla polis arasındakı qarşıdurmadan reportaj hazırlayarkən çəkilişi daha maraqlı etmək üçün suriyalı miqranta badalaq vurmuşdu.
Üsamə Əbdel Möhsün qucağında balaca oğlu Zeydlə qaçarkən jurnalist Petra Lazlo onlara badalaq ataraq yerə yıxmışdı. Bu hadisədən sonra qadının bu hərəkəti bütün dünyada birmənalı qarşılanmamışdı. Bircə gün sonra isə Petra öz vəzifəsindən azad edilərək işdən qovulmuşdu.
Bir müddət sonra isə ata və oğul İspaniyaya gələrək orada məskünlaşıblar.
Bu gün isə hər kəsin tanıdığı ata və oğul paytaxtımız Bakıya gəliblər. ATV kanalının qonağı olan Üsamə Əbdel Möhsün və oğlu Zeyd ATV-xəbərin jurnalisti Ariz Tarverdiyevlə söhbətləşiblər.
Qeyd edək ki, Üsamə Əbdel Möhsün hazırda İspaniyada yaşayır və "Xetafe" məşqçilərinin məktəbində çalışır. Məktəb həmçinin Ü.Ə.Möhsünə İspaniyada ailəsi ilə məskunlaşmağa kömək edib. Lakin onun digər övladları və həyat yoldaşı hələ də Türkiyədə qaçqın həyatı yaşayırlar.
Xəbəri paylaş
5218 dəfə oxunub.
Digər xəbərlər

16-02-2017, 12:48
12 yaşa qədər uşaqlar haqda - Yol polisindən şok qərar
29-01-2017, 10:10
Rusiyalı turistlər Türkiyədə ödənişi rublla edəcəklər
30-05-2022, 11:17
Meymunçiçəyi ilə bağlı QORXULU SSENARİ: Yeni pandemiya astanasındayıq?
26-06-2015, 15:55
Sökülən villalarla bağlı növbəti həbslər
4-08-2017, 13:31
Neymarı satqın adlandırıb, formasını yandırdılar - VİDEO
3-12-2016, 21:45
Bakıda tələbə adı ilə kirayə qaldığı evi qarət etdi - VİDEO
11-01-2018, 11:05
Metroda intihar edən gəncin yayılan VİDEOsu saxta çıxdı
25-12-2018, 11:25
Bir il müalicə aldım, üzüm deformasiya olmuşdu - Vüqar
15-06-2016, 12:50
Bakıda faciə: spirtli içkidən zəhərlənib öldü