Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qarabağ”la ilk oyunda mərhələnin taleyini həll etmək lazımdır”
Tarix: 25-04-2016 | Saat: 18:25
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Qarabağ”la ilk oyunda mərhələnin taleyini həll etmək lazımdır”

Bakı “İnter”inin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik:

- Ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ”la qarşılaşacaqsınız. Oyuna hazırlıqlar necə gedir?

- Çempionatın son oyununda məhz “Qarabağ”a uduzduq. Qarşıda bu komanda ilə iki oyunumuz var. Bu qarşılaşmalara daha ciddi hazırlaşırıq. Məşq zamanı futbolçularımızda qələbə ruhu hiss olunur. Zədəlilərimizi nəzərə almasaq, hər şey yaxşıdır. Son oyunda müqayisədə indi daha istəkli olmalıyıq. Bu dəfə azarkeşlərimiz önündə oynayacağıq. Həmin məğlubiyyəti onlara unutdurmalıyıq. Son oyunda “Qarabağ”a asan təslim olduq. Çalışıb qol və ya qollar vurmalıyıq.

- Özün də qeyt etdiyin kimi, “Qarabağ”la son oyunda komandanızda döyüşkəlik yox idi.

- Yəqin bunlar yorğunluqla bağlıdır. Çempionatın sonuna az qalıb. Qrafik bir qədər sıxlaşıb. “Qarabağ”a nisbətən bizim heyətimiz geniş deyil. Zədəlilərimiz çoxdur. Ancaq kubok oyununa daha yaxşı hazırlaşırıq. Azarkeşlər bu dəfə daha maraqlı oyunun şahidi olacaqlar.

- Heyətinizdə ciddi itkilər var. Beş aparıcı futbolçunun yoxluğunda yaxşı nəticəyə ümid etmək olar?

- Hər oyunda bir futbolçumuz sıradan çıxır. Bunların da səbəbi yorğunluqdur.”Qəbələ” və AZAL-la çətin səfər oyunumuz oldu. Ancaq zədəlilərə baxmayaraq biz kuboku düşünürük. İki oyundan ibarətdir. Sərfəli nəticə qazana bilərik.

- “İnter” 8 ildir səfərdə “Qarabağ”a qalib gələ bilmir. Bunu nəzərə alıb, ilk oyunda sərfəli nəticə qazanmağı düşünmüsünüz?

- Kağız üzərində olan statistikaya baxmırıq. Biz səfər oyunu haqda düşünə bilmərik. Bəli, ilk oyundaca mərhələnin taleyini həll etsək, yaxşı olar. Ancaq ilk növbədə qol buraxmamaq, sonra da qol vurmaq haqda düşünməliyik. Daha sonra səfər oyunu barədə fikirləşərik. Əgər “İnter” 8 ildir “Qarabağ”a səfərdə qalib gələ bilmirsə, deməli, mərhələnin taleyini ilk oyunda həll etmək lazımdır. Heç olmasa cavab oyuna rahat çıxmaq üçün ilk oyunda yaxşı nəticə qazanmalıyıq. Statistikaya gəldikdə isə ən güclü vaxtlarında “Neftçi” Lənkəranda “Xəzər Lənkəran”a qalib gələ bilmirdi, ancaq zəifləmiş “Neftçi” son vaxtlar artıq iki dəfə səfərdə “Xəzər Lənkəran”a qalib gəlib. Yəni idmanda mümkünsüz heç nə yoxdur.

- “Neftçi”dən söz düşmüşkən, sabiq komandan bu gün 7-ci pillədə qərarlaşıb. “Neftçi”nin bugünkü durumu haqda nə deyə bilərsən?

- Mən “Neftçi”nin yetirməsiyəm. Çox istərdim ki, komanda bu gün çempionluq üçün oynasın. Heyətində yaxşı oyunçular var. “Neftçi”nin 7-ci yerdə olması məni də üzür. Onların bu yerdə olması çempionatda rəqabətin azalması deməkdir. Açığı, çempionatımız əvvəlki illərlə müqayisədə çox aşağı səviyyədədir. Komandalar çox geriləyib. Məncə, “Neftçi” son turlarda lazımlı qələbələr qazanacaq. Son vaxtlar bu komandada tez-tez baş məşqçi dəyişikliyi oldu. Oyun sistemləri dəyişdi. Yəqin ki, sırf “Neftçi”nin sisteminə uyğun məşqçi gətirilər və komanda gələn mövsüm yaxşı yerlərdə olar.

- UEFA-nın “İnter” haqda məlum qərarı sizdə ruh düşkünlüyü yaratmadı ki?

- Biz yayda “İnter”ə gələndə bilirdik ki, bu cür problemlər ola bilər. Hətta deyirdilər ki, “İnter” çempionatda da çıxışını dayanıra bilər. Bununla belə biz Avropa Liqasında yaxşı çıxış etdik. Komandamız tarixində ilk dəfə iki təsnifat mərhələsini keçdi. Buna görə də UEFA-nın bu qərarı bizə təsir etmir. Öz işimizlə məşğuluq. Rəhbərlik də çalışır ki, bu məsələni tam yoluna qoysun. Biz isə ilk növbədə avrokuboklara vəsiqə qazanan yeri təmin etməliyik. Ən azından medalsız qalmamalıyıq.

- Son vaxtlar meydanda az görünürsən. Səbəb nədir?

- Mən 7 il “Neftçi”də fərqli sistemlə oynamışam. Yaxşı formada olduğum vaxt zədələndim. Bildiyiniz kimi, süni örtüklü stadionda məşq edirik. Bu cür şəraitdə zədəni bərpa etmək çətindir. Buna görə də koamndaya uyğunlaşmaq üçün çox vaxt sərf etməli oldum. İndi çalışıram ki, formamı tam bərpa edim.

- Mövsümün sonun az qalıb. “İnter”də qalmaq fikrin var?

- Müqaviləm başa çatır. Demək olar ki, “İnter”lə ilkin razılıq əldə etmişik. Klub heyətin 70-80 faizini saxlamaq istəyir. Rəhbərliklə da danışığımız olacaq. Söhbət maliyyə məsələlərindən getmir. Klubda elə gözəl ab-hava var ki, uyğun şərtlə razılaşacağımıza inanıram.


Xəbəri paylaş

5468 dəfə oxunub.

Digər xəbərlər
22-08-2015, 13:57 Zəlzələ baş verib

bütün xəbərlər
____ Instagram ___