Qiymətlər ucuzlaşıb?
Tarix: 25-04-2016 | Saat: 17:33
Bölmə:Karusel / M2 | çapa göndər
Yanvar-mart aylarında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10 faiz ucuzlaşıb. Ayrılıqda bitkiçilik məhsullarında isə belə ucuzlaşma 20 faiz göstərilir. Heyvandarlıq məhsullarının istehsalçı qiyməti isə 0,1 faiz bahalaşıb.
Bu haqda Dövlət Statsitika Komitəsinin məlumatında bildirilir.
Komitə bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin ucuzlaşmasını 2015-ci ildə buğdanın məhsuldarlığının yüksəlməsi ilə izah edir. Üstəlik, qeyd edilir ki, dünya bazarında buğdanın qiyməti aşağı düşüb. Ona əlavə dəyər vergisinin tətbiqi dayandırılıb.
Komitə həmçinin bildirir ki, martda heyvandarlıq məhsullarından quş ətinin və südün istehsalçı qiymətlərində bahalaşma olub. Yumurtanın, mal ətinin, diri qoyun və keçilərin istehsalçı qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Müstəqil iqtisadçılar isə bu rəqəmlərə bir qədər şübhə ilə yanaşırlar. Üstəlik, hesab edirlər ki, bu həm də ölkədə kəndli əməyinin dəyərdən düşməsidir. Onlar deyirlər ki, ölkəyə idxal olunan bəzi məhsullar son bir ildə az qala 60-80 faiz bahalaşıb. Kəndlinin saxladığı qoyunun, əkdiyi buğdanın qiyməti isə bahalaşmayıb.
Xəbəri paylaş
5918 dəfə oxunub.
Digər xəbərlər

26-07-2016, 15:20
25 yaşlı model qızı alan Azərbaycanlı səfirdən XƏBƏR VAR
3-02-2018, 14:14
Prezident Tağı Əhmədovu təltif etdi-SƏRƏNCAM
11-01-2019, 10:45
Spirtli və spirtsiz içkilərin, qazlı suların gömrük rüsumları artırılıb
14-06-2016, 12:22
SOCAR qaz hasilatını artırdı
14-11-2019, 20:10
Vilayət Eyvazov polis kapitanına yüksək vəzifə VERDİ
18-10-2017, 12:48
Azərbaycanın dünyadakı bütün canlıları öldürə biləcək gücdəki MADDƏSİ: 20 milyonluq sərvət niyə çürüdülür?
20-06-2016, 00:24
İqlesiasın prezidentlə - Fotosu
23-09-2015, 22:38
Partlayışdan öncə ağlayan terrorçu-kamikadze – FOTO + VİDEO
3-12-2018, 11:11
Bakının bu ərazilərində su olmayacaq
12-01-2018, 16:18
Ötən il rekord sayda ipoteka kreditləri verilib