Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik dəhşətli yol qəzası ilə bağlı məlumat yaydı - YENİLƏNİB
Tarix: 25-04-2016 | Saat: 13:35
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Nazirlik dəhşətli yol qəzası ilə bağlı məlumat yaydı - YENİLƏNİB
Daxili İşlər Nazirliyi İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. aprelin 23-də saat 18 radələrində İmişli rayonunun Xəlfəli kəndində rayon sakini Rabil Musayevin idarə etdiyi “Mercedes” və Beyləqan rayon sakini Məhəmməd Vəliyevin idarə etdiyi “Ford-Transit” markalı avtomobillər toqquşub. Nəticədə hər 2 sürücü hadisə yerində ölüb, M.Vəliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

******

23 aprel

İmişli rayonu ərazisində “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 12 sərnişindən 5-i xəstəxanaya yerləşdirilib. İmişli rayon mərkəzi xəstəxanasından APA-nın yerli bürosuna verilən xəbərə görə, müxtəlif travma və sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yaralılara tibbi yardım göstərilib, onların vəziyyəti orta-ağırdır.

1) Paşayeva Sveta İlham qızı (1961-ci il)
2) Qədimova Sümayıl Vəli qızı (1996-cı il)
3) Abbasova Rəna Məhərrəm qızı (1981-ci il)
4) Xəmmədova Könül Məhərrəm qızı (1986-cı il)
5) Hüseynov Əli Nurəddin oğlu (1990-cı il)

Digər xəsarət alan sərnişinlər, zədələri yüngül oduğundan, ambulator yardımdan sonra evə buraxılıblar.


**** 20.56

İmişli rayonu ərazisində “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində ölən ikinci sürücünün şəxsiyyəti məlum olub. APA-nın yerli bürosunun məlumatına görə, bu, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis çavuşu 1972-ci il təvəllüdlü Musayev Rabil Hizbullah oğludur. Qeyd edək ki, qəza nəticəsində 2 nəfər ölüb, 12 sərnişin xəsarət alıb.


**** 19.57

APA-nın yerli bürosunun məlumatına görə, sürücülərdən biri Beyləqan rayon sakini, 1967-ci il təvəllüdlü Vəliyev Məhəmməd Bəylər oğludur.

Mikroavtobusda olan 12 sərnişinin xəsarət aldığı bildirilir.

***

19:12

Aprelin 23-də saat 18:30 radələrində İmişli rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, rayonun Xəlfəli və Qulubəyli kəndlərinin arasında magistral yolda Ford Tranzit markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri həlak olub. Mikroavtobusda olan 10 nəfərə yaxın sərnişinin yaralı olduğu bildirilir.

İmişli rayon Polis şöbəsindən faktı Lent.az-a təsdiqləyiblər və bildiriblər ki, xəsarət almış 8 sərnişinə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanıb.


Xəbəri paylaş

7018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___