Ağalarov əlil şəxsi restoranından çıxaran işçini cəzalandırdı - Foto
Tarix: 24-04-2016 | Saat: 22:31
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Rusiyadakı “Rose bar” restoranında xoşgəlməz hadisə baş verib.
"Xəbəraz.az " “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, anadangəlmə əlil olan Oleq Yeremin həmin məkandan məhz fiziki qüsurlu olduğu üçün qovulub.
22 apreldə restorana gələn Oleq “INSEAD” məktəbinin məzunları ilə görüşmək istəyib. Amma heç 3 dəqiqə keçmədən ona qapının yerini göstəriblər.
Qeyd edilir ki, restoran “Crocus Group” şirkətinin tərkibindədir və azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarova məxsusdur.
Retoranın narazı ziyarətçisinin bu paylaşımını restoran işçiləri də görüb və məsələ ilə bağlı araşdırmalara başlanılıb. Məlum olub ki, Oleqi “Rose bar”dan həmin məkanın icraçı direktoru, Aleksey adlı şəxs çıxarıb. Bu hadisəyə Emin Ağalarov şəxsən müdaxilə edib və hər kəsin adından Oleq Yeremindən üzr istəyib. O, Yeremini məkandan uzaqlaşdıran şəxsi və buna görə məsuliyyət daşıyan bir neçə nəfəri işdən azad edib.
Emin Ağalarov fiziki qüsurlu şəxsi təzminat müqabilində dostları ilə birgə şəxsi restoranlarından hər hansı birinə yeməyə də dəvət edib.

Xəbəri paylaş
7378 dəfə oxunub.
Digər xəbərlər

9-09-2017, 23:31
Həkimlərin 50 il gizlətdiyi sirli vasitə - 70 qəpiklik dərmanın inanılmaz faydaları
12-11-2020, 11:04
Milli Məclis Prezidentə və xalqa müraciət edəcək
26-06-2015, 20:04
Cazibədar ulduzların ayaq ölçüləri sizi şoka salacaq – FOTOLAR
28-09-2015, 00:50
28 Sentyabr – Astroloji proqnoz
17-11-2022, 12:43
Qoyun cəsədinə Nərminin paltarından geyindirib, yandırdılar - Məhkəmədə şok videogörüntülərə baxıldı
9-05-2016, 06:58
Daha bir zabitimiz şəhid oldu - Rəsmi
22-10-2018, 14:10
Noyabrda ardıcıl 3 qeyri-iş günü olacaq
25-08-2020, 11:20
Cavid Qurbanovun qardaşı oğluna yüksək vəzifə VERİLDİ
15-05-2016, 17:28
Berlindən Ankara və Bakı üçün kritik qərar
22-07-2015, 13:21
İngiltərədə Quranın qədim əlyazması tapıldı (VİDEO)