Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda Ekomobil şirkətinin yeni salonu açıldı – FOTO
Tarix: 19-04-2015 | Saat: 13:56
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bakıda Ekomobil şirkətinin yeni salonu açıldı – FOTO
Unikal, etibarlı və yüksək effektli nəqliyyat vasitəsi.

Aprelin 17-də Bakının mərkəzində Ekomobil şirkətinin yeni konseptual salonu öz qapılarını ziyarətçilərin üzünə açdı.

MDB ölkələrində dünya elektromobil brendlərinin rəsmi distribüteri kommersiya baxımından uğurlu elektrokarlarla tanış olmaq, onları sınaqdan keçirmək və elektromobillərin uğurlu biznes, şəxsi rahatlıq üçün ən yaxşı şərt olduğuna bir daha əmin olmaq üçün yeni imkan təqdim etdi.

Elektrik avtomobillərinin populyarlığı Avropa və Amerika avtosalonlarının hüdudlarını çoxdan aşıb. Elektrokarların aşkar üstünlükləri indi onları şəhər küçələrinin uğurlu bu gününə çevirib.

Şirkət salonda yalnız manevrli, qənaətli, ekoloji, idarəetmə və xidmətdə asan avtomobilləri qiymətləndirənlər arasında özlərinə ad qazanmış elektrokar markalarını təqdim edir. Ekomobil müştərilərə yüksək səviyyəli servis və elektrokarları almaq üçün ən yaxşı şərtlər təqdim edərək, salonlarının nüfuzunu günbəgün artırır.

ALKE və ItalCar brendləri kiçik yük avtomobilləri və manevrli qolf-karların istehsalçıları arasında dünya liderləridir.

ALKE şirkəti artıq 20 ildən çoxdur ki, ekoloji baxımdan təmiz həllər sahəsində qabaqcıl innovasiyaların hazırlanması və tətbiqi ilə məşğuldur. ALKE avtomobillərinin əsas üstünlüyü təkcə sıfır səviyyəli emissiya və sadə servis xidmətindən ibarət deyil. Kiçik ölçüləri və eyni zamanda yüksək yükgötürmə qabiliyyəti sayəsində bu avtomobillər son dərəcə praktik və rahatdır.

ItalCar isə özəl müştərilər və bütün dünyada hava limanları, əyləncə mərkəzləri, ticarət meydançaları və tarixi mərkəzlərə xidmət göstərməyə qadir yığcam qolf-karlar təqdim etməklə, manevrli avtomobillər bazarını ələ alıb.

Bundan başqa, salonda İtaliya zadəganlarının sevimlisi – DUCATI elektrovelosipedləri və TAZZARI mini-elektrokarları yer alacaq. Zərif və erqonomik elektrovelosipedlər şəhər şəraitində yürüş, hətta şəhər kənarına səfərlər üçün ən yaxşı alternativdir.

TAZZARI şirkəti 50 ildən çoxdur ki, təkcə elektokarlar deyil, həm də alüminium detallar və korpusları hazırlayır. Bütün modellərdə təhlükəsizlik və erqonomikaya yüksək diqqət ayrılır. Xüsusi qürur mənbəyi isə ANNIVERSARY versiyasında TAZZARI EM1 yubiley mini-karıdır. O, tünd qara rəngdədir, qızılı haşiyələrlə bəzədilib, salon isə xüsusi qaydada işlənilib.

Elektokarlar artıq uzun müddətdir ki, özlərini unikal, etibarlı və yüksək effektli nəqliyyat vasitəsi kimi sübut ediblər. Yeni salonun açılması ilə daha çox müştəri bütün yeniliklərin üstünlüklərini qiymətləndirə biləcək.











Xəbəri paylaş

7458 dəfə oxunub.

Digər xəbərlər
12-06-2022, 14:14 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___