İlqar Məmmədov azadlığa buraxılmadı, məhkəmə təxirə salındı (FOTO)
Tarix: 22-04-2016 | Saat: 16:58
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bu gün Şəki Apellyasiya Məhkəməsində REAL hərəkatının sədri İlqar Məmmədovun işi üzrə proses keçirilib.
Musavat.com-un məhkəmədə iştirak edən müxbiri xəbər verir ki, prosesdə məhkəmə istintaqı başa çatıb.
Lakin hökmün elan olunması qeyri-müəyyən vaxtadək təxirə salınıb. Prosesin nə vaxt davam etdiriləcəyi gələn həftənin əvvəli bəlli olacaq.
Məhkəmə vəkillərin həbs - qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini rədd edib.
Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan İ.Məmmədov apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq onu qismən təmin edib və işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.
Onu da qeyd edək ki, beynəlxalq təşkilatlar, eləcə də ABŞ hökuməti və Avropa İttifaqı İ.Məmmədovun azadlığa buraxılmasını tələb edirlər.
Xəbəri paylaş
7538 dəfə oxunub.
Digər xəbərlər

22-06-2022, 11:57
Azərbaycanda FACİƏ: Traktor 13 yaşlı uşağı vurub öldürdü
5-06-2016, 18:02
İsveçrəlilər aylıq 2500 maaşdan imtina etdi
3-10-2019, 10:30
Bakı metrosunda biabırçılıq - Qadınlar saçyolduya çıxdı (VİDEO)
2-05-2017, 11:57
Turan İbrahimov: "Səbr edin, görəcəksiniz..."
9-11-2019, 11:59
işə gedən qadın evə kişi saldı - Həyatının ŞOKUNU YAŞADI
7-12-2018, 12:16
Bakıda məktəbliləri daşıyan avtobus qəzaya uğradı - YARALILAR VAR
20-05-2016, 16:17
Klinton: “Müsəlmanlar bizdən üz döndərərlər”
26-07-2021, 12:14
Azərbaycanda polis bədbəxt hadisə nəticəsində öldü
6-05-2016, 20:02
Can Dündara sui-qəsdlə bağlı yeni xəbər - Yeniləndi
25-01-2018, 18:07
Lalə yalan danışan Aygünə CAVAB VERDİ: “Camaatı aldatmaq olmaz” - VİDEO