Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrəvandan ilk acı etiraf: ermənilər ŞOKDADIR
Tarix: 21-04-2016 | Saat: 23:42
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

İrəvandan ilk acı etiraf: ermənilər ŞOKDADIR

Hazırda Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı danışıqlar masasında yeni sənədlər yoxdur.
Milli.Az Newsarmenia-ya istinadən bildirir ki, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan bu gün İrəvanda jurnalistlərin suallarını cavablayarkən belə deyib.

Ş.Köçəryanın sözlərinə görə, bir çox kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yeni təkliflər, sənədlər və variantlar olduğu deyilir.


İrəvandan ilk acı etiraf: ermənilər ŞOKDADIR
"Bu iddiaların tam əksəriyyəti həqiqətdən çox uzaqdır. Müzakirə prosesində konkret sənəd yoxdur. Rusiyanın bəzi KİV-ləri də əsassız iddialar dərc edirlər. Mediada yer alan iddialara yox, rəsmi açıqlamalar və bəyanatlara istinad etməliyik. Ermənistanın mövqelərində heç bir dəyişiklik yoxdur. Amma etiraf etməliyəm ki, artıq Azərbaycanın mövqelərini də nəzərə almaya bilmərik. Danışıqlar prosesi bundan sonra atəşkəsin təminatına əsaslanmalıdır. Çünki atışma olanda danışıqlar aparmaq mümkün deyil. Üstəlik, onu da nəzərə almalıyıq ki, Azərbaycan hər an hərbi əməliyyatlara başlaya bilər. Yəni rəsmi Bakı danışıqlarda iştirakını dayandıra bilər. Nizamlanmadan danışanda bütün bu amilləri nəzərə almalıyıq", - Ş.Köçəryan deyib.

Şavarş Köçəryanın bu açıqlaması İrəvanda böyük qalmaqal yaradıb. Daha doğrusu, ermənilər, xüsusilə də müxalifət və xarici ölkələrdəki erməni diasporu Ermənistan XİN müavininin açıqlamasını S.Sarkisyan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsindəki məğlubiyyətinin ilk acı etirafı kimi dəyərləndirirlər.
Ermənistan mediası isə vurğulayır ki, Ş.Köçəryanın bu etirafı "erməniləri şoka salıb".

"Nazir müavini sənədlərin olmadığını, müzakirə aparılmadığını deyərək həqiqəti gizəltməyə çalışır. Amma bununla belə, onun sözləri Sarkisyanın Azərbaycandan aşkar şəkildə çəkinməyə başladığını göstərir", - "Çorrord Hişxanutyun" yazıb.
"Hetq" isə bildirir ki, Ş.Köçəryanın açıqlaması "gerçəkdən də acı şok"dur.


Xəbəri paylaş

7378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___