Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ruh ilə bədən arasındakı əlaqə necədir?
Tarix: 19-04-2015 | Saat: 01:37
Bölmə:Karusel / Maraqlı / M2 / İbadət | çapa göndər

Ruh ilə bədən arasındakı əlaqə necədir?
Ruh: "can. Canlılıq. Nəfəs. Cəbrayıl (ə.s. )...", "əmr aləmindən olub, bədən ölkəsini idarə etməsi üçün özünə müstəqil bir varlıq verilən bir qanun. Bədən olmayınca da varlığını davam etdirə bilən lətif bir cisim."



Kobud, sərt bir ağacın, narın və nəzakətli bir meyvə verməsi kimi, bu cansız aləmdən özünə çox bənzəməyən bir varlıq süzülmüş: insan... Günəş yandırarkən o yanmış, külək əsərkən o nəfəs almış, torpaq məhsul verərkən o istehlak etmiş.. Ağacı cansız ikən o canlı olmuş, aləm eşitməzkən o görücü və eşidici olmuş...



Bu insan meyvəsinin bu görünən bədən xanasının kənarında, bu aləmi məmnun yaxud qəmli edən bir əfəndi mövcud. Əlini dilədiyi meyvəyə uzada bilir. Gözlərini arzu etdiyi istiqamətə dikir. Ayaqlarını istədiyi tərəfə hərəkət etdirə bilir. Bütün kainat və insan bədəni o əfəndi üçün edilib. Rənglər aləmi onun gözü qarşısında hazır. Dadlar aləmi onun dilinə verilməkdə. Elm və hikmət aləmi onun ağlına baxır.



Ruhun qarşısında nə qədər düşündürücü lövhələr, nə qədər ibrət səhnələri və heyrət verici cədvəllər mövcuddur. Kainatı tamaşa, bədəni təfəkkür, kainatla bədən arasındakı mükəmməl münasibətə nəzər, bədən ilə ruh arasındakı ağla sığmaz əlaqəyə heyrət və bu sonuncusunu vəsilə edərək qeyb aləmi ilə bu görünən aləm arasındakı ülvi rabitələrə iman...



Bir də ruhun öz mahiyyətini bilmədəki acizliyi var ki, bu acizlik, nə qədər həqiqətlərə pəncərələr açır... Hər biri digərindən gözəl olan bu mövzulardan yalnız bir ikisinə qısaca işarə edək: Ruhla bədən arasındakı maraq, həqiqətən, çox mükəmməl. Bədən xidmətçi, ruh isə əfəndi. Xidmətçi əfəndiyə tabedir. Gözdən axan yaş, kədərdən xəbər verir. Kədərlənən nə göz, nə də onun bağlı olduğu bədən maşınıdır. Çünki bədənin kədərlə bir əlaqəsi yox. Ruhdakı təəsüf, gözdən yaş olaraq tökülməkdədir.



Tərs istiqamətə gedən bir yoldaşımıza, "dayan! Geri dön!" Deyə səslənərik. Bu səslənişdə həmsöhbətimiz, nə onun qulaq pərdəsi, nə də ayaqlarıdır. Qulaq yalnız bir alətdir, ayaqlar isə doğru yaxud səhv yoldan anlamazlar.



Bədənin ruh adına hərəkət etməsi, qeyb aləminin bu şahidlik aləminə hakimiyyətini təmsil edir. Ayaqlar dilədikləri istiqamətə getmədikləri kimi, bu dünya da öz istədiyi tərəfə dönmür. Göz, öz arzusuyla baxmadığı kimi, günəş də işığını öz iradəsiylə vermir.



Bədən bu aləmdəki bir çox hadisənin təsirində qalar. Amma ruhun bədənə təsiri bunların hamısının üstündədir. Həddindən artıq soyuq sinir sistemi üzərində mənfi təsir edər; amma bu təsir heç bir zaman bir xəyanətin, bir zülmün, bir vəfasızlığın təsiriylə müqayisə edilə bilməz. Bəzi qidalar da təzyiqi yüksəldici təsirə sahib; lakin bu yüksəltmə, kədərin, həyəcanın təsirləri yanında kiçik qalar...



Ruh ilə bədən arasındakı əlaqə, bir baxıma, səslə məna arasındakı əlaqəyə bənzər. Səs mənanın bədəni, məna səsin ruhudur. Bu ruh o bədənin nə sağındadır, nə solunda, nə içindədir, nə xaricində... Məna, həyatını davam etdirmək üçün səsə möhtac deyil. O, yaddaşda səssizcə dayanar, beyində gurultusuz meydana gəlir, ürəkdə sözsüz olar. Ancaq, görünmək və bilinmək istədimi, o zaman, səsə vəzifə düşər.


Xəbəri paylaş

1 0058 dəfə oxunub.

Digər xəbərlər
5-08-2015, 14:46 Yelenceyde can verdi

bütün xəbərlər
____ Instagram ___