Avropa İttifaqı Azərbaycana nəqliyyatla bağlı yeni təklif və layihələr təqdim edib
Tarix: 21-04-2016 | Saat: 13:04
Bölmə:Karusel / M2 | çapa göndər
Azərbaycan Nəqliyyat Nazirliyində Avropa İttifaqı (Aİ) nümayəndə heyəti ilə görüş keçirilib. Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş Direktorluğunun Şərq Qonşuluğunda regional proqramlara məsul bölmənin başçısı Vassilis Maraqosun rəhbərlik etdiyi nümayəndə heyəti nazir müavini Musa Pənahovla görüşüb.
Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanda yol-nəqliyyat kompleksi sahəsində həyata keçirilən infrastruktur layihələri, aparılan struktur islahatları barədə qonaqlara məlumat verilib. Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirildiyini diqqətə çatdıran M.Pənahov ölkənin tranzit potensialının artırılması, tranzit daşımaların asanlaşdırılması istiqamətində tədbirlər görüldüyünü bildirib.
Görüş zamanı Azərbaycanda nəqliyyat sisteminin daha da inkişaf etdirilməsi, daşımaların təhlükəsizliyi, infrastrukturun yeniləşdirilməsinin vacibliyi vurğulanıb, nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinin gələcək strategiyasına dair Aİ-nin təqdim etdiyi təkliflər və yeni layihələr ətrafında müzakirələr aparılıb.
Xəbəri paylaş
5378 dəfə oxunub.
Digər xəbərlər

4-05-2023, 15:01
Tərtərdə DƏHŞƏT: 20 yaşlı qız əri tərəfindən qətlə yetirildi
21-10-2016, 13:54
Bu, ABŞ seçki tarixində ilkdir – Obamadan etiraz
21-12-2016, 01:48
Türkiyədə partlayış: 3 nəfər saxlanıldı
26-08-2017, 10:28
Qəlbin səsindən və mənəviyyatdan doğan xeyirxahlıq. Bu gün Mehriban Əliyevanın ad günüdür
1-09-2017, 23:04
Astarada dəhşətli uğultu, sakinlər təşviş içində - VİDEO
7-05-2017, 10:53
Fransada prezident seçkiləridir - İKİNCİ TUR
10-03-2017, 18:00
"Əyri ayaqlarımı bayırda qoymuram ki" - Rühəngiz
7-12-2021, 10:51
Jurnalistə hücum edən DSX zabiti cəzalandırıldı