Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sifarişli səyyar ASAN xidmət artıq Sumqayıtda
Tarix: 20-04-2016 | Saat: 16:40
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Sifarişli səyyar ASAN xidmət artıq Sumqayıtda

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi artıq Sumqayıt şəhəri üzrə də sifarişli səyyar xidmətlərin həyata keçirilməsinə başlayıb.səyyar xidmətlər dedikdə şəxsin qanunla nəzərdə tutulmuş qaydada iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq, şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər. Xidmətin sifarişi isə 9-108 nömrəli “Çağrı” mərkəzi vasitəsi ilə mümkündür.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Qeyd edək ki, Dövlət Agentliyi ilk olaraq 3 fevral 2014-cü il tarixindən Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirilməsinə başlayıb. Bu günə kimi ümumilikdə 4000-ə yaxın vətəndaş bu xidmətdən yararlanıb və onlardan 600-dən çoxu kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər, sağlamlıq imkanları məhdud uşaqlardır.



4448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___