İtkin qız axtarılır
Tarix: 20-04-2016 | Saat: 13:28
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Quba Rayon İcra Hakimiyyəti Samur-Abşeron kanalında suyun kəsilməsi barədə göstəriş verib.
«Report»un xəbərinə görə, bu qərarda məqsəd itkin düşən 15 yaşlı qızın kanala düşüb-düşmədiyini aydınlaşdırmaqdır.
Rayonun Barlı kənd orta məktəbinin 9-cu sinif şagirdi G.T. aprelin 19-da günorta saatlarında məktəbdən çıxıb və evə qayıtmayıb. Məktəbli qızın valideynləri onu bir neçə saat axtarsalar da, tapa bilməyiblər. Sonra Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər. Lakin onu hələ də tapmaq mümkün olmayıb.
Polisə verilən şahid ifadələrində G.T.-nın sonuncu dəfə Samur-Abşeron su kanalının yaxınlığında göründüyü qeyd edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional İdarəsinin dalğıc-xilasetmə qrupu Samur-Abşeron kanalında axtarışlara başlayıb. Axtarışlar nəticə vermədiyindən rayon icra hakimiyyəti kanalın suyunun kəsilməsini tapşırıb.
15 yaşlı qızın nişanlı olduğu deyilir.
Xəbəri paylaş
5398 dəfə oxunub.
Digər xəbərlər

20-06-2015, 15:42
Qalmaqal: Almaz Ələsgərova məşhur stilisti təhqir etdi
18-04-2019, 14:50
“Seçkilərlə bağlı mübarizəmizi davam etdirəcəyik” - Ərdoğan
13-06-2016, 13:20
Ermənistanda Rusiya əleyhinə aksiya keçirilib
25-10-2015, 11:05
Qax icra başçısı namizədin üstünə qoçu dəstəsi göndərib - Video
3-04-2017, 14:49
"Tüpürüm sizə..." - Elza yeni şeir yazdı
16-11-2015, 15:54
Bakıda maraqlı sevgi etirafı - FOTO
17-03-2022, 12:41
Zaurun verilişində qayınana gəlinin saçından tutub sürüdü - VİDEO
6-10-2021, 11:03
Toylarla bağlı məhdudiyyətlər tam ləğv edilə bilər? - RƏSMİ AÇIQLAMA