Proqnoz: Neftin qiyməti 39 dollara düşsə, ucuzlaşma sürətlənəcək
Tarix: 20-04-2016 | Saat: 11:58
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Dünya bazarında "Brent" markalı neftin qiyməti 39 dollar/barel səviyyəsindən aşağı düşərsə, azalma 35-36 dollar/barelə qədər davam edəcək.
"Report" xəbər verir ki, neft qiymətləri Doha sammitinin nəticələrini özündə əks etdirməyə imkan tapmamasının səbəbi sammitlə eyni gündə Küveytdə neft-qaz sektoru işçilərinin tətil elan etməsi olub. Nəticədə, Küveytin neft hasilatı bir gündə 60,8% azalaraq 1,12 mln. barel/günə düşüb. Qeyd edək ki, buna qədər Küveytdə neft hasilatı 2,81 mln. barel/gün olub. Bu gün yayılan məlumatlara əsasən, tətil artıq başa çatıb və hasilatın bərpa olunduğu bildirilir. Bu xəbər "Brent" markalı neftin qiymətinin səhər saatlarında 2,1% azalaraq 43 dollar/barel səviyyəsinə enməsinə səbəb olub.
Doha sammitindən sonra Rusiya və Səudiyyə Ərəbistanı rəsmilərindən neft bazarına mənfi təsir edəcək açıqlamalar neft bazarında təklifin artması ilə bağlı ehtimallar yaradıb. Belə ki, sammitdən sonra S.Ərəbistanı hasilatı 1 mln. barel/gün artıracağını və yaxın 6-9 ay ərzində daha 1 mln. barel/gün artıra biləcəyini bildirib. Qeyd edək ki, hazırda S.Ərəbistanının neft hasilatı 10,5 mln. barel/gün təşkil edir. Moskvada keçirilən Milli Neft-Qaz Forumunda çıxış edən Rusiyanın energetika nazirinin müavini Kiril Molodtsov isə hasilatın 100 min barel artırılaraq 10,81 mln. barel/günə kimi yüksələcəyini bildirib. Nazir müavini gündəlik neft ixracının isə 4,3% artaraq 5,11 mln.barel/günə çatmasını mümkün sayır.
Dünən həmçinin Amerika Neft İnstitutu (API) tərəfindən neft ehtiyatlarına dair həftəlik hesabat açıqlanıb. Hesabata görə, ABŞ-da xam neft ehtiyatları investorların 1,6 mln. barel proqnozuna qarşı 3,1 mln. barel artıb.
Xəbəri paylaş
5078 dəfə oxunub.
Digər xəbərlər

25-10-2016, 11:20
Kolbasanın və balığın qiymətində bahalaşma gözlənilir
10-05-2016, 08:58
Elçibəyin Heydər Əliyev barədə səmimi sözləri
15-06-2021, 10:01
Erməni mediası Ərdoğanın Şuşa səfəri barədə: “Dəhşətli yuxu çin olur” - Düşmən TƏLAŞDA
21-06-2019, 17:06
Qurban Bayramı nə vaxtdır? - Tarix açıqlandı
22-05-2019, 12:44
Elnurun geyimi tənqid olundu
19-12-2015, 10:20
"Kurtlar Vadisi"nin əfsanəvi aktyoru evlənir
6-03-2022, 11:34
Nərimanov rayonunda QARAJ necə GÖZƏLLİK SALONU oldu..? - 39 saylı məktəblə üzbəüz gözəllik salonu...
22-06-2017, 14:13
Şimşək çaxacaq, yağış yağacaq