Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Daha sürətli olacağıq” - Raykkönen
Tarix: 20-04-2016 | Saat: 11:54
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Kimi Raykkönen “Ferrari”nin çempionluq şansının hələ də davam etdiyini və onların mübarizəyə yenidən qayıda biləcəyini bildirib.

"Xəbəraz.az " f-1.az-a istinadən xəbər verir ki, italyanlar builki 3 yarışın hamısında problem yaşayıblar və real güclərini göstərə bilməyiblər. Ən əsası isə “Ferrari” komandası “Mercedes AMG” ilə qələbə uğrunda mübarizə apara bilməyib:

“Bu mövsüm hələ ki, 3 yarış olub. Düzdür, 3 yarış ərzində çox hadisə baş verdi və növbəti yarışlarda da baş verəcək. Bacardığımız qədər çox xal yğmalıyıq və yarışlarda problem yaşamamalıyıq. Bundan başqa, yarışlarda maksimum qabağa getməliyik. Mən burada “Mercedes”lərə daha yaxın idim. Ancaq problemsiz yarış keçirə bilməsəniz, onlarla mübarizə apara bilməzsiniz. Elə yarışlar olacaq ki, biz Çindəkindən daha sürətli olacağıq. Bəzi yarışlarda böyük ehtimalla “Mercedes” daha güclü olacaq, amma əsas bolidi və bütün paketi inkişaf etdirməkdir. Daha sonra güclü yarışlarımız olacaq və onlarla mübarizə apararaq qalib gələ bilərik. Amma bunun üçün problemsiz yarışlar keçirtməliyik. Problem yaşasanız, bunun sizə faydası olmaz. Rosberq indidən 3 yarış qazandı və bu heç də yaxşı hal deyil. Bəlkə özü üçün yaxşıdır, amma rəqibləri üçün yaxşı deyil. Ancaq Rosberq bu qələbələrə layiqdir və biz daha yaxşı işlər görməliyik”.

Xatırladaq ki, Raykkönen Çindəki yarışın startında komanda yoldaşı Fettellə təmas etdikdən sonra yarış qazanmaqla bağlı bütün ümidlərini itirmişdi.


Xəbəri paylaş

5458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___