Ana ilə oğulun ölümünə səbəb olan sürücü həbs edildi
Tarix: 19-04-2016 | Saat: 14:25
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol qəzası törətməkdə təqsirli bilinən Cəmşid Manafovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Cəmşid Manafov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, qəza ötən il avqust ayının 5-də Siyəzən-Qalaaltı yolunun 8-ci kilometrliyində baş verib. Siyəzən rayon sakini, 1971-ci il təvəllüdlü Cəmşid Manafov idarə etdiyi "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sərnişin, Siyəzən rayon sakini, 1974-cü il təvəllüdlü Gülnarə Əliyeva hadisə yerində dünyasını dəyişib.
Avtomobilin sürücüsü Cəmşid Manafov, G.Əliyevanın övladları – 1994-cü il təvəllüdlü Gülər Əliyeva və 1996-cı il təvəllüdlü Orxan Əliyev xəsarət alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Orxan Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, qəzada ölənlər sürücü ilə yaxın qohum olublar.
Xəbəri paylaş
6138 dəfə oxunub.
Digər xəbərlər

18-02-2019, 13:56
Qar yağacaq, güclü külək əsəcək, şaxta olacaq - XƏBƏRDARLIQ
3-04-2017, 14:51
AITF-2017 sərgisində AZAL-ın aviabiletləri oynanılacaq
24-01-2022, 05:15
Kimlər gəldi, kimlər getdi “Dəmir Yol”dan, "Dəmir Yol"dan... - Əlirza Süleymanov “Nikolayı taxta görüb...”
18-04-2016, 15:06
Azərbaycanda bu il 70 kiçik dövlət müəssisəsi özəlləşdirilib
23-04-2016, 20:10
“Merkel Türkiyədədir - Fotolar
2-11-2015, 20:20
Azərbaycanlı müğənni hamamda (FOTO)
14-12-2016, 12:02
Türkiyə İŞİD-in silah anbarını məhv etdi – Rəsmi