Leyla və Arif Yunuslarin ölkədən çıxışlarına icazə verildi
Tarix: 19-04-2016 | Saat: 14:10
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun ölkədən çıxışlarına qoyulan məhdudiyyət aradan qaldırılıb. Artıq Yunuslar müalicə olunmaq üçün ölkədən çıxa biləcəklər.
Musavat.com-un məlumatına görə, bu barədə sosial şəbəkələrdə Leyla və Arif Yunusların vəkili Elçin Sadıqov status paylaşıb: “Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib. Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandırılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar. Hər iki böyük insanı təbrik edirəm, onlara Allahdan şəfa və uzun ömür arzulayıram. Təbii ki, tam bəraət alınana qədər məhkəmə işləri davam edəcək”.
Xatırladaq ki, Leyla və Arif Yunuslar ötən il 5 il müddətinə şərtli cəza ilə azadlığa buraxılmışdılar.
Xəbəri paylaş
5838 dəfə oxunub.
Digər xəbərlər

10-05-2022, 12:03
Özünü iynələyib, saçını kəsib polisə zəng etdi - Maskalılar evimə girib məni... - Azərbaycanda qəribə olay
20-01-2023, 11:26
Totalitar rejim 20 Yanvarda Azərbaycan xalqının iradəsini və ruhunu qıra bilmədi - Ukrayna səfiri
11-10-2016, 10:43
Miri Yusif -“Kim deyirsə, sevginin 3 il.....
19-12-2015, 09:22
-İŞİD terrorçuları hərəsi bir yana qaçırlar
19-08-2015, 21:05
Lənkəranda toyda qan düşdü - VİDEO
28-06-2022, 12:01
"Keçmiş arvadım mənə 9 il xəyanət edib"
15-02-2019, 13:38
Reyhan Camalova ölkəmizi ABŞ-da təmsil edəcək