Nazir supermarket rəhbərlərini qəbul etdi - Güzəştlər gözlənilir
Tarix: 19-04-2016 | Saat: 13:26
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
İqtisadiyyat Nazirliyi ölkədə fəaliyyət göstərən supermarketlərə vergi güzəştlərinin verilməsini imkanını öyrənir.
“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə nazirlikdən deyiblər.
Ötən gün bəzi supermarket (Bizim Market, FRESCO, SEBET, Makromart, ARAZ, Neptun, Bolmart) sahibləri ölkədə istehsal edilən sosial əhəmiyyətli ilkin tələbat məhsulları, xüsusilə ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiq edilməsi xahişi ilə İqtisadiyyat Nazirliyinə məktub ünvanlayıb.
Nazirlikdən bildirilib ki, onların müraciəti ilə əlaqədar bu gün səhər saatlarına iqtisadiyyat naziri Şahin Mustafayev həmin supermarket şəbəkələri nümayəndələrini qəbul edib, onların təkliflərini dinləyib və problemləri müzakirə edib: "Hazırda bu məsələ nəzərdən keçirilir".
Ölkənin iri supermarket şəbəkə rəhbərləri müraciətlərində qeyd edirlər ki, manatın üzən məzənnəyə keçməsindən sonra (21 dekabr 2015-ci il) məhsulların qiymətlərini yüksəltmədən əvvəlki əməkdaş ştatını və biznesin rentabelliyini saxlamaq mümkün deyil. Maliyyə problemləri əməkdaşların ixtisarına və marketlərin bağlanmasına səbəb olur.
Onların fikrincə, problemlərin həlli üçün pərakəndə ticarət sahəsində vergi yükünü azaltmaq və ya vergi güzəştləri tətbiq etmək məqsədə uyğun olardı.
Xəbəri paylaş
5968 dəfə oxunub.
Digər xəbərlər

17-05-2019, 16:00
Azərbaycanda əhali ən çox bu xəstəlikdən əziyyət çəkir
24-12-2016, 18:22
Bakıda QƏZA: Avtobus dayanacaqda duran qadını vurdu
8-02-2018, 12:14
YAP-ın namizədi İlham Əliyevdir
2-10-2020, 10:39
Düşmən bu əraziləri atəşə tutur: ölən və yaralananlar var
20-09-2015, 16:41
"Mən Azərbaycanı öyrənirəm" müsabiqəsinin qalibləri Azərbaycanda
11-03-2022, 17:02
"Pulun yoxdursa, şərəfin, ləyaqətin heç kəsin vecinə deyil"
10-03-2022, 11:11
Ukrayna Prezidenti ailəsinin harada olması barədə danışıb
10-03-2016, 10:17
Banklara borcu olan vətəndaşlar üçün lazımlı xidmət (VİDEO)