Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ səfirliyi yaxınlığında partlayış: 24 ölü - YENİLƏNİB
Tarix: 19-04-2016 | Saat: 11:15
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

ABŞ səfirliyi yaxınlığında partlayış: 24 ölü - YENİLƏNİB

Bu səhər Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.

Modern.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, partlayışın ABŞ səfirliyi yaxınlığında baş verdiyi bildirilir.

Paytaxtın polis rəsmisi partlayışın bəzi hərbi obyektlərin yaxınlığında və geniş bir ərazidə törədildiyini söyləyib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Səduq Sedikki partlayışın intihar hücumu ola biləcəyini deyib.

Hadisə şahidlərinin və təhlükəsizlik qüvvələrinin sözlərinə görə, Kabildə ABŞ səfirliyinin yerləşdiyi partlayış zonasından duman qalxdığı deyilir. Partlayış nəticəsində ölən və yaralananlar haqqında dəqiq məlumat yoxdur.

Terror aktı ilə bağlı “Taliban” rəsmisi Zabihullah Mücahid məsuliyyəti öz üzərlərinə götürüb.

“Taliban” bu günlərdə bəyanatında "Xarici və daxili düşmən mövqelərinə böyük miqyaslı əməliyyatlar keçiriləcək"-deyə bildirib

Qeyd edək ki, Əfqanıstanda hökumətin müzakirələrə və sülh danışıqlarına yenidən başlama səylərinə baxmayaraq, “Taliban” keçən həftədən paytaxtda və digər yerlərdə belə partlayışlar törədir.


Xəbəri paylaş

6568 dəfə oxunub.

Digər xəbərlər
22-08-2015, 13:57 Zəlzələ baş verib

bütün xəbərlər
____ Instagram ___