Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lerikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına başlanılıb
Tarix: 18-04-2016 | Saat: 14:21
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Lerikdə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması və dəymiş ziyanın hesablanması işlərinə başlanılıb. Bu barədə məlumatı APA-nın cənub bürosuna Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov verib. Onun sözlərinə görə, aprelin 16-da axşam saatlarından başlayan leysan xarakterli yağış rayonun bur sıra dağətəyi yaşayış məntəqələrində fəsadlara səbəb olub. Sel suları əsasən rayonun Vizəzəmən və Şingədulan ərazi vahidliyinə daxil olan kəndlərin sakinləri üçün problem yaradıb.

İlkin hesablamalara görə, 50-yə yaxın fərdi yaşayış evi, 100 hektardan çox taxıl, 200 hektaradək kartof əkini sahəsi ziyan çəkib, ayrı-ayrı vətəndaşlara məxsus 50 başadək mal-qara, qoyun-quzu, xeyli sayda ev quşları tələf olub, Təbrizli kəndindəki dəmir konstruksiyalı körpü, eləcə də daha 9 piyada körpüsü dağılıb. Selin fəsadları Lerikin turizm obyektlərindən də yan keçməyib. Kotteclərin içinə dolan sel suları otaqları, əyləncə mərkəzlərini, oyun meydançalarını yarsız vəziyyətə salıb, bir neçə koteci isə tamamilə yuyub aparıb.
Rayonun bir neçə ərazisində torpaq sürüşmələri də qeydə alınıb, bu isə kəndarası yolların bağlanmasına səbəb olub.

H.Məlikov bildirib ki, yerli qurumların səyləri ilə ilk növbədə kəndarası yollarının gil və torpaq qatından təmizlənməsi, həmin yerlərdə nəqliyyat vasitələrinin bərpası istiqamətində tədbirlər görülür: ”Biz rayona Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin mütəxəssislərini dəvət etmişik. Bu qurum tərəfindən həm rayona dəymiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək, həm də dəymiş ziyanın miqdarı hesablanacaq”.
Lerikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına başlanılıb

Lerikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına başlanılıb

Lerikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına başlanılıb

Lerikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına başlanılıb


Xəbəri paylaş

5488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___