Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tabutu mənə görə 4 dəfə geri qaytardılar – Mir Şahin
Tarix: 16-04-2016 | Saat: 23:45
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Tabutu mənə görə 4 dəfə geri qaytardılar – Mir Şahin
Əslində, ANS-in arxivində 1991-ci ildən deyil, 1990-cı ildə də çəkilmiş və böyük maraq doğuracaq kadrlar var.

Bu sözləri ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev Eldəniz Elgünün ərsəyə gətirdiyi “anstv.ws” saytının təqdimat mərasimində deyib. O, ANS-in tarixindən danışarkən, Milli Qəhrəman Salatın Əsgərovanın dəfn mərasimində başına gələn və kadr arxasında qalan qəribə olaydan da söz açıb:

“Milli Qəhrəman Salatın Əsgərova həlak olanda meyiti gətirməyə getmişdik. O zaman “Dalğa” proqramında bizim 2 dəqiqəlik reportajımız təqdim ediləcəkdi. Rəhmətli Salatın Əsgərovanın nəşi helikopterə qoyulub Bakıya gətiriləcəkdi. Qarşıda molla, sakinlər, əsgərlər – təxminən 50-60 nəfərlik mərasim iştirakçısı nəşi yaxınlıqdakı helikopterə doğru gətirirdi. Fikirləşdim ki, bu mərasimdə öndə gəlim və bir neçə cümləlik çıxış edim. Salatın Əsgərova haqda çıxışım belə başlayırdı: “Akademik Aqanbetyan hələ “Yumanite” qəzetinə müsahibə verərkən bilmirdi ki, bu qəzetin formalaşmasında istifadə olunacaq qurğuşunun başqa bir adaşı da güllələrin gilizlərindədir və onun verdiyi müsahibənin nə vaxtsa Salatın Əsgərova adlı Azərbaycan jurnalistinə dəyəcək güllə ilə birbaşa əlaqəsi var...” Mən öz aləmimdə çox akademik, maraqlı bir şey demişdim. Amma çox təəssüf ki, bunu birinci dublla deyə bilmədim, ikinci dublla da deyə bilmədim, üçüncü, dördüncü dublla da deyə bilmədim. Nə qədər çalışdımsa da, alınmadı. Narahatlıq o deyildi ki, bu cümləni deyə bilmirdim və çəkiliş yenidən təkrarlanırdı. Narahatlıq o idi ki, hər dəfə mən bu sözləri deyə bilməyəndə və çəkiliş təkrarlananda camaat tabutla birlikdə yenidən 20-30 metr arxaya gedirdi və hər şey yenidən başlayırdı. Axırda Vahid Mustafayev kameranı qoyub mənə yaxınlaşdı və ehtiyatla - çünki həmin vaxt ulduz xəstəliyinə tutulmuşdum, mənə söz demək olmurdu, o dəqiqə inciyirdim - dedi ki, Şahin, olarmı sən bunu Bakıda deyəsən? Mən də baxıb dedim, əlbəttə, olar. Bu dediklərimi siz arxivdə tapa bilməzsiniz, çünki bunlar kadr arxasında qalıb və montaj olunub... Bax, ən qəmli günlərimiz belə bəzən bu cür gülüş doğuran hadisələrlə yaddaşımıza köçüb və bunlar ANS-in arxivindədir”.

Qeyd edək ki, jurnalist, Milli Qəhrəman Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakıda anadan olub. O, 9 yanvar 1991-ci ildə Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında erməni quldurlarının maşını yaxın məsafədən atəşə tutması nəticəsində şəhid olub.


Xəbəri paylaş

1 0218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___