Döyüş meydanında azərbaycanlı hərbçinin meyiti tapıldı - Yenilənib
Tarix: 16-04-2016 | Saat: 21:18
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Təmas xəttində Azərbaycan hərbçisinin meyiti aşkarlanıb.
"Xəbəraz.az " ans press-ə istinadən məlumatına görə, bu barədə erməni mətbuatı xəbər yayıb. Hərbçinin nəşi bu gecə təmas xəttində - döyüş meydanında tapılıb. Onun adı və ya hərbi rütbəsi barədə heç bir açıqlama verilməyib.
Qeyd edək ki, bir neçə gün öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işlərinin davam etdirilməsi barədə məlumat yayıb.
Bu günə kimi “hamının-hamıya” prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib.
Lakin döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman bir hərbi qulluqçumuz - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.
İtkin düşən hərbi qulluqçumuzun erməni tərəfinin əlində olduğu ehtimal edilir. Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmır.
***
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə bildirblər ki, hazırda məsələ ilə bağlı Azərbaycan tərəfi araşdırmalara başlayıb: "Məlumat erməni saytlarında yayılıb. Hələlik araşdırma aparılır. Fakt təsdiqini taparsa, məlumat veriləcək".
***
Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçumuzun meyitinin döyüş meydanında tapılması ilə bağlı erməni tərəfinin yaydığı xəbəri təsdiq edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır.
Xəbəri paylaş
6278 dəfə oxunub.
Digər xəbərlər

20-06-2018, 17:39
“Azərbaycanda hər 10 nəfərdən biri qaçqındır” - Əli Əhmədov
20-04-2023, 15:03
"Hər gün "Coca-Cola" içənlər vaxtından əvvəl ölür"
12-04-2017, 16:35
Ramal bu mahnıda cinsi azlıqları təbliğ edib - Video
14-04-2015, 15:15
Oğlunu tutduran general vəzifəsində qalacaqmı?
30-03-2021, 12:21
Həkimin vurduğu iynə qadını şoka saldı
22-03-2021, 21:21
Azərbaycanlı “Dəmir adam” növbəti döyüşünə çıxır
17-07-2018, 01:51
Fransa yığması Parisdə belə qarşılandı - Video
3-10-2016, 13:50
Bakıda qeyri-adi ölüm: protez dişi boğazında qaldı və ...
23-12-2015, 01:27
““Bir dayə məndən 10 min manat maaş istədi” - Məşhur aparıcı
18-01-2018, 10:35
"Barselona" səfərdə məğlub oldu