Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Rahat market” bağlanır
Tarix: 16-04-2016 | Saat: 20:36
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

“Rahat market” bağlanır
“Rahat market” supermarketlər şəbəkəsi bağlanır.

"Xəbəraz.az " virtualaz.org-a istinadən xəbər verir ki, bunun miqyaslarını təsəvvür etmək üçün deyək ki, Azərbaycanda bu şəbəkənin 28 mağazası var ki, bunların da 22-si Bakıda yerləşir.

Bəs illər boyu qurduğu nəhəng şəbəkəni bir anda dağıtmağa bu mağazaların rəhbərliyini nə vadar edib? Virtualaz.org-a mağazalar şəbəkəsindən verilən məlumata görə, vergi qanunvericiliyinin sərtləşdirilməsi bu supermarketlərdən ən azi 10-nun fəaliyyətini rentabelsiz edib. Belə ki, bağlanan supermarketlərdən 5-i Bakıda, 1-i Sumqayıtda, qalanları isə Bərdədə, Ucarda və Mingəçevirdədir. Bu supermarketlərin bağlanması, digər xoşagəlməz hallarla yanaşı, 500 nəfərin də işsiz qalması deməkdir.

Hər şey bütün ölkənin düçar olduğu iqtisadi çətinliklərdənm başlayıb. Əgər ilk devalvasiyaya qədər şəbəkənin ticarət obyektləri 2% həcmində sadələşdirilmiş vergiyə cəlb olunurdularsa, sonradan bu rəqəm 5%-ə qalxıb. Bu zaman ikinci devalvasiya baş verir və vergitutma dərəcəsi daha 1 faiz — 6%-ə qədər yüksəlir. Lakin bu da hələ hamısı deyil. Şəbəkənin işçilərinin sözlərinə görə, ötən il ərzində vergi orqanları şəbəkədə 3 dəfə xronometraj keçiriblər (sonra isə hamı şikayətlənir ki, prezident İlham Əliyev 2 il ərzində bütün yoxlamaları qadağan edib!). Bütün bu yoxlamalar onunla nəticələnib ki, vergi işçiləri bundan sonra “Rahat market”in 18%-lik əlavə dəyər vergisi verməli olduğunu da bildirdilər.

Şübhəsiz ki, vergilərin belə artımı şəbəkənin rentabelliyinə təsirsiz ötüşə bilməzdi. Əlbəttə, ən asan yolla gedib satılan malların qiymətlərini qaldırmaq olardı, lakin burada bu üsulu yolverilməz hesab ediblər, ələlxüsus, indiki çətin zamanda. Marketlərdə satılan malların 30%-i sosial mallar qrupuna, yəni gündəlik tələbat mallarına aiddir. Qiymət artımı “Rahat”ın qiymət siyasətinə də uyğun gəlmirdi. Vəziyyətdən çıxmaq üçün yeganə çətin və ən ağrılı yol qalırdı — şəbəkənin daha az gəlir gətirən üçdə bir hissəsinin bağlanması. Bu da, qısaca desək, birdən birə 10 mağazanın bağlanmasına gətirib çıxaran səbəblərin bütün hekayəsi.

Ağıla gələn ilk sual bu baş verənlərin qanuni olub-olmamasıdır. Lakin bir qədər düşünən kimi sual aradan qalxır — hər şey vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərə uyğundur. Bu dəyişikliklər isə sadələşdirilmiş vergilərə də şamil edilir.

Oxucu da yəqin anladı — ticatərçiləri ən çox qorxudan ƏDV-dir ki, bunun Azərbaycandakı səviyyəsini, doğrudan da, bir qədər yüksəldilmiş hesab etmək olar. Lakin bu, başqa söhbətin mövzusudur. Ticarət sistemi üçün dövriyyənin 18%-i böyük məbləğdir. Amma axı o, kiçik dövriyyələr üçün tətbiq edilmir. Əgər əvvəllər güzəştli vergitutma məbləği 120 min manata qədər idisə (ƏDV yalnız bu məbləğ keçiləndən sonra ödənilirdi), indi həmin rəqəm 200 min manatdır.

Qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, dövriyyə həcmi 200 min manatı ötən bəzi sahibkarlar 6%-lik sadələşdirilmiş vergi ilə ƏDV ödənişi arasında seçim edə bilərlər.
“Rahat market” bağlanır

Biz bu fikirlərimizlə onsuz da pərişan olan «Rahat market» işçilərini incitmək istəmirik. Öz vəzifələrini icra edən vergi işçilərinə də qarşı çıxmaq istəmirik. Sadəcə, burada qeyd etmək yerinə düşərdi ki, ticarət şəbəkəsi ilə vergi idarəsi arasında anlaşılmazlığı daha sadə yolla da izah etmək olar. Əgər əvvəllər vergi işçiləri bəzi «xidmətlər» müqabilində obyektin dövriyyəsinin həcmini azalda bilirdilərsə, bu gün edə bilmirlər — dövlət başçısının korrupsiya ilə mübarizədə gördüyü tədbirlər özünü göstərir. Fəqət qanunun tələbləri çərçivəsində işləməyi isə, görünür, hələ hamı, o cümlədən də “Rahat market”də öyrənməyiblər.
O ki qaldı mağazaların bağlanmasına, “Rahat market”in ilin əvvəlindən yeni hesablamalar aparmağa və xərcləri azaltmaqla effektivliyi artırmağa nail olmaq imkanları var idi.

Bütün dünya iqtisadiyyatı kimi, Azərbaycan iqtisadiyyatı da çətin dövrünü yaşayır və bunun səbəbləri bəllidir. Əlbəttə, qanunvericiliklə məşğul olanlar da, ola bilsin, nələrisə nəzərə almayıblar. Buna görə də, rasional təkliflərlə kömək etmək lazımdır. Və “Rahat market” kimi iri ticarət şəbəkəsində belə imkanlar mütləq olmalıdır.



5358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___