Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncədə ödəmə terminallarına qənim kəsilən dəstə tutuldu - FOTO + VİDEO
Tarix: 16-04-2016 | Saat: 20:30
Bölmə:Karusel / Hadisə / Sitat / Xəbəraz TV | çapa göndər

Gəncədə ödəmə terminallarına qənim kəsilən dəstə tutuldu - FOTO + VİDEO
Kameraya düşməmək üçün dumanlı havada oğurluq ediblər.



"Xəbəraz.az " Region TV-yə istinadən xəbər verir ki, Gəncədə tutulan cinayətkar qrupun, ödəmə terminallarına nədən qənim kəsildiklərinin təfərrüatları məlum olub. Dırnaqarası qəhrəmanlar, bu yolla daha qısa müddətdə külli miqdarda qazanc əldə edə biləcəklərini düşünüblər.

23 - 25 yaşlarında olan Tural Ələşrəfov, Atil Hacıyev və Həsən Salmanov asan qazanc əldə etmək məqsədi ilə əlbir olaraq, şəhərin müxtəlif ərazilərində yerləşən ödəmə terminallarını qarət ediblər. Qrup ilk cinayətini 2015-ci ilin sentyabrda Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən terminalı qarət etməklə törədib. Lakin bu cəhdləri uğursuz alınıb.

Atil Hacıyevin başçısı olduğu dəstə 2016-cı ilin 15 fevralında gecə saatlarında şəhərin Atatürk prospektində yerləşən ödəmə terminalından pul götürə biliblər. Özləri ilə gətirdikləri dəmir alətlə aparatı sındıraraq içərisində olan 1065 manatı götürüblər.

Cinayətkar qrup eyni üsulla 2016-cı ilin mart ayında daha bir oğurluq hadisəsi törədiblər. Bu dəfə Gəncənin Nizami küçəsində yerləşən terminal sındırılaraq içərisində olan 217 manat götürülüb. Bu, cinayətkar dəstənin sonuncu əməli olub.

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq qrupu tərəfindən saxlanılan şəxslərin bu və ya digər cinayətlərin iştirakçısı olub-olmadıqlarını araşdırır, istintaq əməliyyat tədbirləri davam etdirilir.
Gəncədə ödəmə terminallarına qənim kəsilən dəstə tutuldu - FOTO + VİDEO
Gəncədə ödəmə terminallarına qənim kəsilən dəstə tutuldu - FOTO + VİDEO
Gəncədə ödəmə terminallarına qənim kəsilən dəstə tutuldu - FOTO + VİDEO
Gəncədə ödəmə terminallarına qənim kəsilən dəstə tutuldu - FOTO + VİDEO
Gəncədə ödəmə terminallarına qənim kəsilən dəstə tutuldu - FOTO + VİDEO


Xəbəri paylaş

7208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___