7 ermənini məhv edən zabit: “Yenidən döyüşməyə hazıram”
Tarix: 15-04-2016 | Saat: 12:20
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycan ordusunun zabiti Asif Rəsulov ermənilərə qarşı qəhrəmancasına vuruşub. O, Talış yüksəkliyini qoruyarkən aprelin 6-da ağır yaralanıb. Hazırda hospitalların birində müalicə alır.
Bu barədə "Report"a A.Rəsulovun yaxın qohumu Bəxtiyar Nuriyev məlumat verib. O bildirib ki, zabit həmin yüksəkliyi qorumaq üçün könüllü gedib: "Talış yüksəkliyi ermənilərdən alındıqdan sonra, ermənilər yenidən həmin mövqeni tutmaq üçün cəhd ediblər. Bu zaman döyüş başlayıb. Asifgil 4 nəfər olublar, onlardan 3-ü şəhid olub. Asif özü isə ağır yaralanıb, 2 snayper, 3 avtomat gülləsi dəyib, qəlpə yarası alıb. Onlar döyüşdə xeyli erməni əsgərini məhv ediblər. Təkcə Asif özü 7 ermənini zərərsizləşdirib. Zabitimizin sağ qalması, sadəcə, möcüzədir. Hazırda o, hospitalların birində müalicə alır, vəziyyəti yaxşıdır".
Asif Rəsulovun Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etdiyini deyən B.Nuriyev qeyd edib ki, o, buna görə mükafatlandırılıb, təşəkkürnamələr alıb: "O yenə də deyir ki, Qarabağda müharibə başlasa, gedər. Hazırda onun nədənsə narazılığı yoxdur, yüksək səviyyədə diqqət və qayğı göstərilir".
Qeyd edək ki, Asif Rəsulov 1977-ci ildə Ağstafada doğulub. Ailəlidir, 2 övladı var.
Xəbəri paylaş
5718 dəfə oxunub.
Digər xəbərlər

7-12-2015, 11:28
Valideynlər, diqqət! Uşağın qarnı ağrıyırsa... - TƏHLÜKƏ
12-03-2015, 10:16
Çempionlar Liqasında növbəti görüşlər keçirilib - NƏTİCƏLƏR + VİDEO
21-11-2018, 12:04
Bakıda qız türk sevgilisinə görə özünü 14-cü mərtəbədən atdı
10-11-2021, 13:27
"Optimal Electronics"dən NARAZILIQLAR DAVAM EDİR... - "Xiaomi Poco X3 Pro" aldı, peşman oldu
1-10-2016, 15:58
Prezidentin NAZ-Lifan tövsiyyəsi: hansı nazirlik əməl edib?
4-01-2022, 11:46
Azərbaycanda dəhşət: Əri COVID-19-dan ölən qadın intihar etdi
2-11-2020, 19:16
İşğaldan azad edilmiş şəhər və kəndlərimiz - SİYAHI
13-06-2016, 14:27
Bu türk ölkəsində kütləvi həbslər başladı
24-05-2016, 22:47
Taliban liderinin pasportu tapıldı, sirlər açıldı