Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
XI sinif şagirdinin yazıb-oxuya bilməməs necə izah edilir?
Tarix: 15-04-2016 | Saat: 12:04
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

XI sinif şagirdinin yazıb-oxuya bilməməs necə izah edilir?

Təhsil Nazirliyi buraxılış imtahanlarında IX-XI siniflərdə 100 şagirdin yazıb-oxumağı bacarmaması ilə bağlı məlumatlara münasibət bildirib.

APA-nın xəbərinə görə, nazirliyin Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib ki, ayrı-ayrı rayonlarda yazıb-oxumağı bacarmayan şagirdlərin siyahısı barədə məlumatları olub. O, bunun öz səbəblərinin olduğunu deyib:

«Məsələn, bir uşaq 9-cu sinfə kimi gəlir, amma oxumağı bilmir. Bu nə dərəcədə doğrudur? Bu, araşdırmanın nəticəsində məlum ola bilər. 100 nəfər yazıb-oxuya bilməyənlərin müəyyənləşməsi neqativ haldır, yaxşı fakt deyil. Ola bilər ki, onlar bu və ya digər səbəbdən təhsildən kənarda qalıb. Yazıb-oxumağı bacarmayan 100 nəfər, heç şübhəsiz, məktəbdən uzun müddət yayınanlardır. Ümumilikdə, bu məsələyə görə məktəbləri keyfiyyətli təhsil verməməkdə qınamaq düzgün deyil. Məsələyə obyektiv yanaşmaq lazımdır».

Bir müddət öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirmişdilər ki, IX və XI siniflərin şagirdləri arasında oxumağı, yazmağı bacarmayanlar aşkarlanıb.

«Belələri XI sinif şagirdləri arasında 24 nəfər, IX sinif şagirdləri arasında isə 76 nəfərdir. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Belə şagirdlərin IX, hətta XI sinfə qədər gəlib çatması müəmmalıdır»,- deyə komissiyanın məlumatında qeyd edilirdi.


Xəbəri paylaş

5488 dəfə oxunub.

Digər xəbərlər
13-03-2017, 13:24 Sabahın HAVAsı

bütün xəbərlər
____ Instagram ___