Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabiq nazirin qohumunu öldürən qadının məhkəməsi davam edtirilib
Tarix: 14-04-2016 | Saat: 19:43
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Sabiq nazirin qohumunu öldürən qadının məhkəməsi davam edtirilib

Sabiq nazirin qohumunu öldürən qadının məhkəməsi davam edtirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəməsin növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadələr yenidən elan olunub.
Zərərçəkmiş şəxsin hüquqi varisi (atası) Haqverdi İsgəndərov ifadə verib: "Oğlumun ailəsində həmişə qalmaqal olub. Hadisə günü səhər saat 10:00 radələrində mənə zəng edib Füzulinin öldürülməsini dedilər. Xalidə mənə bir nəfərin qarajda oğlumu bıçaqla vurduğunu bildiridi. Mən Xalidənin nəyə qadir olduğunu bilirəm. Daha əvvəl bir dəfə o, Füzuliyə xəsarət də yetirmişdi. Hətta oğlum gəlinimdən qorxurdu. Xalidə həmişə deyirdi ki, "Füzuli bir gün mənim əlimdə qalacaq". Biz səkkiz aydan sonra oğlumu Xalidənin öldürdüyünü bildik".
H.İsgəndərov bildirib ki, 2015-c il ilin may ayının 6-da nəvəsi Əmanə atasını anası X.İsgəndərovanın öldürməsini etiraf edib: "Nəvəm Əmanə mənə hadisə haqda danışdı. O, atasını anasının öldürdüyünü dedi. Əmanə mənə bildirdi ki, o, Füzulinin səsinə qaraja gedib. Oğlumu qan içərisində görüb. Anasının Füzulini bıçaqla vurduğunu etiraf etdi. Oğlum yerə yıxılandan sonra Xalidə ona 19 bıçaq zərbəsi endirib. Sonra o, Türkiyə səfirliyində işləyən qardaşı İlyas İbrahimova zəng edib. Qardaşı da ona üqətli başqa şəxsin törətməsiniü başa salıb. Məhkəmədən xahiş edirəm ki, Xalidəyə ən ağır cəza verəsiz. Həmçinin, onun qardaşı İlyas İbrahimovun da qanun qarşısında cavab verməsini istəyirəm".
Məhkəmə aprelin 19-də davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.
2015-ci il noyabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib. Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Daha sonra hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.


Xəbəri paylaş

6568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___