Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Ölkə başçısı dedi ki...” - Millimizin baş məşqçisi
Tarix: 13-04-2016 | Saat: 15:05
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Ölkə başçısı dedi ki...” - Millimizin baş məşqçisi
Bu gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənovun mətbuat konfransı keçirilib.

"Xəbəraz.az " futbolinfo.az-a istinadən xəbər verir ki, o, 5-21 mayda Bakıda keçiriləcək Avropa çempionatından danışıb:

- Millimiz ilk dəfə AÇ-nin final mərhələsində oynayır. Dünəndən burada təlim-məşq toplanışına yığışmışıq. U-19-la bu gün yoxlama oyunumuz olacaq. Ayın 18-dən komanda Avropa çempionatına hazırlaşacaq. Futbolçularla da danışmışıq. Qitə birinciliyinə ən yaxşı formada köklənməliyik. Ola bilər ki, ayın 29-30-da buraya gələn yığmalardan biri ilə yoxlama oyunu keçirək.

- Yeni futbolçular çağıracaqsız?

- Ola bilər ki, 3 yeni futbolçu olsun. Bunlar ayın 30-na kimi müəyyənləşəcək. Bəzi futbolçular var ki, idman formasından uzaqdılar. Təbii ki, onlar 18-liyə düşməyəcəklər. Eləcə də yeni gələnlər formada olmasa, qayıdacaqlar.

- Hansısa yeni oyun üslubunuz olacaq?

- Portuqaliyaya qarşı tam başqa üslubda oynayacağıq, eləcə də Belçikaya qarşı. Onu deyə bilərəm ki, Portuqaliyaya qarşı açıq futbol oynamayacağıq.

- Yığmamızın şansını necə dəyərləndirirsiz?

- Ola bilər Portuqaliya güclü olsun, amma biz də çalışacağıq. Bilirsiniz ki, normalda qrupdan 6 xalla çıxmaq olur, lakin 4 xalla da bunu etmək mümkündü.

- Sizcə, AÇ-də favoritlər kimlərdi?

- Almaniya, Portuqaliya, Fransa, İngiltərə. Bu komandaları favorit sayıram.

- Şükür Həsənov əvvəl yığmamıza çağırılmışdı, indi toplanışda iştirak etmir. Onun çıxışı sizi qane etmədi?

- Bəli, qane etmədi. Dedim ki, yaxşı çalış. Mən, yaxud başqası olar, səni gələcəkdə milliyə çağırar.

- Portuqaliya ilə bağlı futbolçularınız üzərindən psixoloji gərginliyi götürmək üçün hansı işlər görəcəksiz?

- Ən yaxşı psixoloq elə məşqçinin özüdü. Amma lazım gələrsə, psixoloq da çağıracağıq. Futbolçularla görüşdə onlarda həyəcan görmədim

- Bu vacib oyunlar öncəsi komandanızda əsas problemlər nədi?

- "Qarabağ"ın qapıçısı Məhəmməd Hüseynov 4 aydı məşq etmir. "Beşiktaş"dan Hüseyin Seyliqli var. Əzələsini dartıb. Onunla bağlı məlumat verəcəklər. Elçin Əsədovla bağlı problemlər var. Bu iki stopper və qapçı məsələsini problem saymaq olar.

- Ölkə başçısı ilə görüşdə hədəflər barədə nə danışdız?

- Ölkə başçısı ilə hədəflərdən danışmadıq. Hazırlıq barədə soruşdu. Bizə dedi ki, gələn komandalar çox güclüdü. Bu da göstərir ki, o, futbolla yaxından maraqlanır.

- İdman camiəsindən dəstək görürsüz?

- Sizdən də xahiş edirəm ki, komandaya dəstək olun. Onlar da oyuna yaxşı köklənsinlər. Çox istərdim ki, bu barədə sizdən də dəstək görək.

- Millimizin sabiq forvardı Rüfət Dadaşovun kiçik qardaşı vaxtilə Azərbaycan yığmasına dəvət aldığı halda, indi Almaniya millisini seçib...

- O, Almaniyada yaşayıb. Bizim də dəvətimizi qəbul etdi. Lakin sonra Almaniya yığmasını seçdi. Oyunu da məni qane edirdi. Çox istərdik ki, bizimlə oynasın. Lakin belə seçim edibsə, nə etmək olar?

- Belə çempionatlarda yeni ulduz futbolçular çıxa bilər. Komandanızda gələcəyin ulduzu olaraq gördüyünüz kimsə var?

- Bilsəm də, bunu açıqlamaq istəmirəm. Belə vacib oyunlar öncəsi bundan danışmasaq, daha yaxşı olar.


Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___