Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qırğızstan baş naziri istefa verdi: “Ağır şayiələr cəmiyyətdə sabitliyi pozur"
Tarix: 11-04-2016 | Saat: 19:27
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Qırğızstan baş naziri istefa verdi: “Ağır şayiələr cəmiyyətdə sabitliyi pozur"
O, bu vəzifədə keçən ilin mayından işləyir”.

Qırğızıstanın baş naziri Temir Sariyev istefa verib. BBC xəbər verir ki, o, öz qərarı barədə Nazirlər Kabinetinin növbədənkənar iclasında bildirib.

“Ağır şayiələr cəmiyyətdə sabitliyi pozur, mən baş nazir kimi istefa verirəm”, - Sariyev iclasda bildirib.

Daha öncə parlament komissiyası tərəfindən palataya İssık-Kul gölünün şimali sahilində avtomobil yolunun inşaatına dair tenderdə yol verilmiş qayda pozuntularına görə Sariyevin istefasının stimulyasiyası təklif edilmişdi.

Qırğızıstan Nazirlər Kabinetində qalmaqal Balıkçı-Tamçı-Çolpon-Ata-Korumdu avtomobil yolunun inşa edilməsi üçün tenderin keçirilməsinin yoxlanması üzrə komissiyanın işinin nəticələrinin araşdırılmasından sonra yaranıb. Komissiya Çin şirkətinin qalibi olduğu tenderdə qanun pozuntularına yol verildiyi qərarına gəlib.

Bir neçə gün əvvəl nəqliyyat və kommunikasiya naziri Arqınbek Malabayev baş nazirin ətrafını Balıkçı-Korumdu yolunun tenderində “Lonq Hay” Çin şirkətinin maraqlarını qorumaqda ittiham etmişdi. Baş nazir öz növbəsində ittihamları təkzib edərək nəqliyyat nazirinin istefasını tələb etmişdi.

O, Nazirlər Kabinetinin rəhbəri kürsüsünü keçən ilin mayından tutur. Baş nazirin istefası Qırğızstanın qanunvericiliyinə görə, bütün Nazirlər Kabinetinin istefası deməkdir.


Xəbəri paylaş

5508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___