Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Stokholmda azərbaycanlılar etiraz mitinqi keçirib
Tarix: 09-04-2016 | Saat: 21:34
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Stokholmda azərbaycanlılar etiraz mitinqi keçirib

Aprelin 9-da İsveçdə yaşayan azərbaycanlılar Stokholmun Sergels Torq meydanında son günlər Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması və cəbhədə törətdikləri hərbi təxribatlara etiraz etmək məqsədi ilə mitinq keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatda bildirilir ki, aksiyada iştirak edən Azərbaycan, türk və uyğur diaspor təşkilatları nümayəndələrinin sayı 250-dən çox olub.

Çıxış edənlər son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycan qoşunları ilə təmas xəttində təxribatçı cəhdlərin törədilməsini və dinc əhalinin öldürülməsini qəti şəkildə pisləyiblər.

Mitinqdə Ermənistan dövlətindən Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmək tələb edilib.

Aksiyanın sonunda iştirakçılar tərəfindən qəbul edilmiş bəyanat İsveç Parlamentinə təqdim edilib və poçtla Ermənistanın İsveçdəki səfirliyinə göndərilib.


Xəbəri paylaş

6258 dəfə oxunub.

Digər xəbərlər
26-09-2015, 13:40 DİN qadın işçi axtarır

bütün xəbərlər
____ Instagram ___