Uorlik: “Minsk qrupunun tərkibində dəyişiklik planlaşdırılmır”
Tarix: 09-04-2016 | Saat: 20:32
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
“Minsk qrupunun tərkibində dəyişiklik planlaşdırılmır”. Rusiya mətbuatı xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik şənbə günü Yerevanda keçirilən mətbuat konfransında Ankaranın Dağlıq Qarabağla bağlı son bəyanatlarını nəzərə alaraq Türkiyənin üzvlüyünün məqsədəuyğunluğuna dair sualı cavablandırarkən bildirib.
"Bildiyiniz kimi, Türkiyə bəyanata qoşulub və biz Minsk qrupunun bütün üzvləri ilə, eləcə də Türkiyə ilə işləməyə hazırıq", - deyə amerikalı diplomat əlavə edib.
Aprelin 5-də ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərini danışıqlar prosesinə dönməyə çağırıb.
Vyanada keçirilən iclasın yekunu üzrə qəbul edilən bəyanata görə, tərəflər güc tətbiqini dərhal dayandırmalıdır.
Minsk qrupuna Rusiya, ABŞ, Fransa, Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiyə daxildir.
"Biz Minsk qrupunun təmsilçiləri olaraq təmas xətti boyunca zorakılığın artması hallarını kəskin pisləyirik. Biz münaqişənin toxunduğu bütün ailələrə başsağlığı veririk və bütün tərəfləri silah tətbiq etməkdən çəkinməyə çağırırıq. Bu münaqişənin hərbi yolla həlli yoxdur", - deyə bəyanatda bildirilir. ("Report")
Xəbəri paylaş
5028 dəfə oxunub.
Digər xəbərlər

30-07-2015, 19:44
Əfqan talibləri özlərinə yeni lider seçdilər
21-05-2016, 15:18
İlham Əliyev iqtisadi amnistiya elan etdi
27-08-2015, 16:13
Cəfəri suyunun dəriyə faydaları
27-02-2020, 22:14
“İrşad”dan aldığı telefon xarab çıxdı, şirkət dəyişmədi - Yenilənib
19-04-2018, 12:25
Toy edənlərə xəbərdarlıq
29-12-2017, 12:07
Bəylər Eyyubova ağır itki
1-12-2015, 08:05
Əhməd Davudoğlu hökumətinə etimad göstərildi
10-06-2023, 11:28
Bakıda gecə qanlı olay - Yeniyetmələr...
3-06-2015, 13:07
Bu gün Dağüstü parkda intihara cəhd olub.
29-01-2016, 23:12
Zaqatalada avtomobil körpüdən aşdı: Ölən var - FOTO