Faiq Ağayev həmkarlarını tənqid etdi: Yalan çıxışlar etməyin – VİDEO
Tarix: 05-04-2016 | Saat: 10:52
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV / Fotogalereya | çapa göndər
“Yəqin cavandırlar, anlamırlar”.
Xalq artisti Faiq Ağayev ATV-də yayımlanan “Bizimləsən” verilişində neçə gündür ki, cəbhə bölgəsində davam edən döyüşlərdən bəhs edib.
Şəhid ailələrinə başsağlığı verən müğənni sülh çağırışı edən bəzi həmkarlarını sərt tənqid edib:
“Mən bəzi insanlara müraciət etmək istəyirəm: Dırnaqarası sülh çağırışları edəndə canlarını itirmiş şəhidləri düşünün. Sülh barədə o vaxt danışarıq ki, Azərbaycan torpaqları qayıtsın, ərazi bütövlüyü təmin olunsun, daha sonra Azərbaycan vətəndaşı olan digər millətlərin nümayəndələri ilə söhbət edərik ki, sabahkı həyatımız necə olacaq.
Təbii ki, hər bir müharibənin sonu sülhdür. Təbii ki, bir torpaqda yaşamaq məcburiyyətində olacağıq. Amma bunu indidən etməyi vətənini, torpağını satmaq kimi qiymətləndirirəm. Yalançı “pasifist” çıxışlar etməyin. Əfsus ki, bəzi həmkarlarım arasında da belə çıxış edənlər var.
Yəqin cavandırlar, anlamırlar, 90-cı illərdən sonra anadan olublar, o dəhşətləri görməyiblər. Heç bir hadisədən xəbərləri yoxdur, dünyaya guya tolerantlıq, sülhpərvərlik nümayiş etdirirlər”.
Xatırladaq ki, müğənni Eldar Qasımov açıqlamasında tərəfləri silahı yerə qoymağa çağırmışdı.
“Təəssüf ki, dünyada baş verən hadisələr sevindirmir. Müasir sivil dünyada bütün mübahisələr danışıqlarla həll olunmalıdır. Qan tökülməsi ilə sülhə çatmaq olmaz. Mən silahı yerə qoymağı və təmiz niyyət və ağılla danışıqlar masası arxasına əyləşməyi çağırıram”,-deyə müğənni bildirmişdi.
Xəbəri paylaş
7098 dəfə oxunub.
Digər xəbərlər

16-01-2018, 17:18
Sabahın hava PROQNOZU - Meteohəssas insanlara XƏBƏRDARLIQ
11-01-2023, 15:12
Bakıda özünü 12-ci mərtəbədən atan gənc sağ qaldı
7-09-2016, 21:38
Şokolad xoşlayanlar üçün 7 XOŞ XƏBƏR
11-03-2018, 17:38
Şəhriyar Məmmədyarov Levon Aronyana qarşı
4-04-2017, 20:14
Abutalıbov Milli Şuranın mitinqinə icazə vermədi - Amma...
13-06-2021, 10:14
Gəncədə qohumlar arasında dava olub, ölən var
20-10-2016, 21:09
Uşaq pudrasını ləkənin üstünə tökün və... - BUNLARI BİLMİRSİNİZ