Bakıdakı “Formula-1”in start vaxtı dəyişdirildi
Tarix: 04-04-2016 | Saat: 21:37
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
“Formula-1” tarixində debüt etməyimizə düz iki ay yarım vaxt qalır – iyunun ortalarında doğma Bakımız Avropa Qran Prisinə ev sahibliyi edəcək.
f-1.az xəbər verir ki, hələ yanvar ayında yarışın promouteri olan Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bildirmişdi ki, iyunun 19-da keçiriləcək yarış yerli vaxtla saat 18:00-da başlayacaq. Amma martın ortalarında Nazirlər Kabinetinin yay vaxtına keçidi ləğv etməsi üzündən yarışın vaxtının bir saat irəli çəkilməsinə ehtiyac yaranmışdı.
Hazırda Bəhreyndə olan BŞH-nin icraçı direktoru Arif Rəhimov xarici mətbuata açıqlamasında yarışın vaxtının rəsmən dəyişdirildiyini təsdiq edib. “Avstraliya yarışından dərhal sonra biz FİA və FOM tərəfindən bizim yarışın start vaxtının dəyişdirilməsi barədə şifahi razılıq aldıq. İndi isə rəsmən təsdiq olunub ki, bizim yarış yerli vaxtla saat 17:00-da başlayacaq. Orta Avropa vaxtı ilə saat 15:00 olacaq və 24 saatlıq Le Man marafonu da elə bu vaxtlarda başa çatacaq.
Biz öz yarışımıza daha gec start verə bilməzdik, çünki onda bizim ehtiyatımızda cəmi iki saat yarım vaxt qalırdı. Yarışın son dövrələrinin havanın qaralmasınadək başa çatdırılması bizim üçün çox vacibdir. Bizim işlər qrafikə uyğun davam edir. Startın bir saat önə çəkilməsi heç kim üçün ciddi problem olmayacaq…”, - deyə Arif Rəhimov bildirib.
Xəbəri paylaş
5718 dəfə oxunub.
Digər xəbərlər

25-12-2015, 13:25
Nazir: Əhalinin gəliri artıb
21-11-2016, 11:19
Tanınmış saz ifaçısı konsert proqramı ilə çıxış edəcək
26-08-2016, 01:31
Mafiya lideri olan 6 qadın - VİDEO
25-02-2020, 12:24
Qubada mağazalardan oğurluq edən şəxs saxlanıldı
11-06-2016, 13:26
Sahibkarı döyən bələdiyyə sədrinə hökm oxundu
17-04-2019, 10:34
Daha 4 siyasi məhbus azadlığa çıxır - Ərizə yazdılar
13-11-2015, 16:35
YUNANISTANDAN QAN DONDURAN GÖRÜNTÜLƏR +18
6-05-2018, 18:33
"Lotu Quli"yə meydan oxuyan azərbaycanlı avtoritet tutuldu
23-06-2017, 10:44
Sevdiyin insanı necə geri qaytarmaq olar?
20-04-2018, 19:35
Eldar Mahmudov və MTN-nin keçmiş idarə rəisi məhkəməyə verilib