Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Samir məni camaat içində biabır etdi“ - Kamran Həsənli
Tarix: 04-04-2016 | Saat: 15:55
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

“Samir məni camaat içində biabır etdi“ - Kamran Həsənli
Şoumen Kamran Həsənli müğənni Samir Piriyevlə aralarındakı pul qalmaqalına aydınlıq gətirmək üçün media nümayəndələri ilə görüş keçirib

Aparıcı ilk olaraq cəbhə bölgəsində şəhid olan əsgərlərimizdən bəhs edib. Daha sonra isə K.Həsənli S.Piriyevi məsələni ictimailəşdirməkdə qınayıb:

“Ən böyük əsgər bizim əsgərdir. Gedişatdan da hiss olunur ki, qələbə bizimlədir. Amma mən bu gün mətbuat konfransı keçirərək, haqqımda irəli sürülən iddialara münasibət bildirməliyəm. İstəmirdim ki, bizim aramızda olan problemi camaat müzakirə etsin. Onlar şou düzəldirlər. İstintaqa verilibsə, son söz orada deyiləcək. Mənə zəng vurub yalvarırdı ki, borcum var. Mən də deyirdim evim satılanda pulunu verəcəm. Sən ki, gedib məndən şikayət etdin, camaat içində məni biabır etdin, "işverənlik" etdin. Mən 300 min avro pul qoymuşam ora. İndən sonra Türkiyədəki obyekt satılanda ilk özüm pulumu götürəcəm. Sonra sən gedib öz qoyduğun məbləği götürərsən".

K.Həsənlinin vəkili Türkel Süleymanlı bildirib ki, qarşı tərəf onları şantaj etməklə məşğuldur:

"Bu iş başdan ayağa böhtandan ibarətdir. Heç kim inkar etmir ki, Kamran Həsənli ilə Samir Piriyev iş qururdu. Samir pul qoyub və Türkiyəyə gedib. Böhtan isə ondan ibarətdir ki, burada heç bir cinayət işi yoxdur. Buna baxmayaraq istintaqa yalan məlumat verməklə cinayət işi qaldırıblar. Kamran Həsənlinin anası xəstələnir, valideynlərini müalicə üçün Türkiyəyə göndərir. İqlimi yaxşı olduğuna görə valideynləri üçün orada ev tutur. Bacısı Gülər də onlarla birlikdə yaşayır. Sonra qonşuluqda olan bir iş adamı ilə tanış olurlar. Qərara gəlirlər ki, orada bir biznes qursunlar. Kamran evini satır pulu biznesə qoyur. Biznes isə bundan ibarətdir: yanğındoldurma stansiyasıdır, içərisində böyük obyeklər yerləşir. Eyni zamanda portağal bağı salmaq istəyirdi. Samirə təklif olur, 250 min istənilir. Daha sonra Samir hər gün Kamranı yığıb deyir ki, nə oldu? 115 min verdikdən sonra, fikrindən daşınır. Kamran da deyib ki, obyekti satıb verəcəm. Samir deyir guya obyekt yoxdur, yalandır. Əlimizdə şəkillər var.

İşin başında dayanan Ərhan bəy də Kamrana deyib ki, Samirlə hesablaş, mən sənə pulu verəcəm. Samir polisə şikayət edəndən sonra, Kamran onunla dostluğunu bitirib. Türkiyədə qurulan həmin məkanın qiyməti hazıda 12 milyondur. Deyiblər satılsın, bank borcları ödənsin, sizin pullar da qaytarılacaq".

Vəkil S.Piriyevin K.Həsənlinin saxtakarlıq etməsi iddialarına cavab verib:

"Samir deyir, Kamran şikayət edəcəyimi biləndən sonra faktları saxtalaşdırdı. Hansı faktları saxtalaşdırmışıq? Ruslan Əhmədoğlu (Samir Piriyevin hüquqşünası - red.) açıqlamasında deyir ki, 2 aydır cinayət gedir, Kamran gəlmir. Sonra qayıdır ki, "Məhkəməyə ayaq döyürlər. Bütün günü Bakı şəhər baş polis idarəsindədirlər. Məqamlar var ki, açıqlamamırıq". Bununla bizi şantaj edirlər. Vəkil bilmir biz niyə ora gedirik? Açıqlayım: kimdənsə şikayət olunursa, qarşı tərəf ondan yüksək yerə şikayət etməlidir. Özü də Kamran Həsənli Samir Piriyevə 115 min yox, 80 min borcludur".

İşin digər hissədarlarından olan müğənni Qismət Məmmədzadə də məsələyə münasibət bildirib. Hazırda ölkədə olmayan ifaçı video çarx göndərib:

“Mən də şirkətin səhmdarlarından biriyəm. Bu işdə Kamran günahkar deyil. O da bizim kimi obyektə pul qoyub. Mənə Samir dəfələrlə müraciət edib ki, Kamrandan pulumuzu tələb edək, o da evini satıb bizə versin. Amma mənim Kamrandan heç bir tələbim yoxdur. Ümid edirəm ki, bu məsələ ədalətli şəkildə həll olunacaq”.


Xəbəri paylaş

6508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___