Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan parlamentində “DQR”-in müstəqilliyinn tanınması məsələsi qaldırıldı
Tarix: 04-04-2016 | Saat: 13:55
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Ermənistan parlamentində “DQR”-in müstəqilliyinn tanınması məsələsi qaldırıldı

Bu gün toplaşan Ermənistan parlamenti Qarabağ cəbhəsində baş verənləri müzakirə edib. Azərbaycan ordusu tərəfindən məhv edilmiş erməni hərbçiləri bir dəqiqəlik sükutla yad ediləndən sonra davam edən müzakirələrdə baş verənlərə görə Azərbaycan ittiham olunub.

Musavat.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, vitse-spiker Eduard Şarmazanov ölənlər arasında hərbi qulluqçularla yanaşı, mülki şəxslərin də olduğunu iddia edib.
Müxalif Erməni Milli Konqresi fraksiyasının üzvü Qrant Baqratyan isə parlamentdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” tanınması barədə məsələ qaldırıb. “Mən hesab edirəm ki, indi "DQR"-in müstəqilliyinin tanınması məsələsinə baxmağımzın əsl vaxtıdır” - o, iddia edib.

Vitse-spiker E.Şarmazanov cavabında deyib ki, hazırda prezidentin tapşırığı ilə Ermənistan və Dağlıq Qarabağ arasında hərbi yardım haqqında razılaşmanın əldə olunmasına hazırlıq gedir. “Bu işlərdən və danışıqlardan sonra biz bu məsələyə də baxa bilərik. Məsələləri növbə ilə həll edək”-deyə, erməni vitse-spiker əlavə edib.

Hələlik məsələyə Azərbaycan XİN-in münasibətini ala bilməmişik. Mövzuya qayıdacağıq.


Xəbəri paylaş

6438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___