Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sahibinin arxasınca hərəkət edən çamadan yaradıldı - VİDEO
Tarix: 01-04-2016 | Saat: 12:47
Bölmə:Karusel / Maraqlı / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Sahibinin arxasınca hərəkət edən çamadan yaradıldı - VİDEO

İsrailin “Nua Robotics” şirkətinin tərtibatçıları öz sahibinin arxasınca hərəkət edə bilən çamadan yaradıblar.
"Xəbəraz.az "-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, bu cihaz 2016-cı ilin sonunda satışda olacaq.

Miniatür kameranın köməyi ilə robot-çamadan öz sahibinin hərəkətlərini diqqətlə müşahidə edir. Onun hərəkətə gəlməsi üçün ilk əvvəl smartfonla sinxronlaşdırmaq lazımdır.

Bundan əvvəlki tərtibatlarında olduğu kimi, “Nua Robotics” şirkətinin mütəxəssisləri yeni robot-çamadanı yeri müəyyən etmə funksiyası ilə təchiz ediblər. Həmçinin avadanlıqda sahibinin əşyalarının təhlükəsizliyini təmin edəcək daxili siqnalizasiya və cihaza enerji təminatı verən portativ avadanlıq quraşdırılıb.

İsrailli tərtibatçılar robot-çamadanın 2016-cı ilin sonunda satışa çıxarmağı planlaşdırırlar. Cihazın qiyməti hələlik məlum deyil. Ancaq mütəxəssislər bildirirlər ki, bu cihaz 400 dollardan aşağı olmayacaq.

Qeyd edək ki, bu, ilk belə ixtira deyil. Buna qədər “Bluesmart” şirkəti GPS-naviqatoru olan çamadan istifadəyə verib.


Xəbəri paylaş

5988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___