Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyadan Azərbaycana gələnlərin sayında – ARTIM
Tarix: 30-03-2016 | Saat: 12:08
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Rusiyadan Azərbaycana gələnlərin sayında – ARTIM
Bu istiqamətdə aviabiletlərin qiyməti kəskin ucuzlaşıb.

2016-cı ilin aprelində Rusiyadan Azərbaycana uçuşların sayı ötən ilin anoloji dövrü ilə müqayisədə 1,4%-dən 2,3%-ə qədər artacaq.

"Xəbəraz.az " bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, uçuşların sayındakı artım aviabiletlərin qiymətlərinə də təsir edib.

Belə ki, Rusiyadan Azərbaycana aviabiletlərin orta qiyməti 32% azalıb. Qonşu ölkələr olan Gürcüstan və Ermənistana olan aviabiletlərin orta qiyməti isə cəmi 12,5% azalıb.

Qeyd edək ki, Rusiya mətbuatı yazır ki, 2015-ci ilin apreli üçün Rusiyadan Azərbaycan istiqamətində olan aviabiletlərin qiyməti 12 103 rubl (təxmini 200 dollar) təşkil edib. 2016-cı ilin aprel ayında isə bu rəqəm 8 227 rubl (120 dollar) olacaq.

Xatırladaq ki, Rusiyadan Almaniya, İsrail, İtaliya, Çexiya, İspaniya, Fransa, Avstriya, ABŞ, Ukrayna, Böyük Britaniya istiqaməti üçün nəzərdə tutulmuş aviabiletlərin qiymətində isə artım müşahidə edilib.

Bundan başqa, Rusiya mətbuatı qeyd edir ki, 2016-cı ildə rus turistləri arasında ən məşhur istiqamət Yunanıstan, Kipr, İspaniya, Bolqarıstan, Mərakeş və Tunis olacaq.

“Abxaziya, Ermənistan, Azərbaycan, Gürcüstana turların sayı isə kəskin artır”, - deyə məlumatda qeyd olunur.

Azərbaycanın yerli turizm şirkətləri isə Novruz bayramında rus turistlərinin sayında kəskin artım olmadığını qeyd etsələr də, yay mövsümündə isə onların sayının artacağını proqnozlaşdırırlar.



4458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___