Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevgilisindən ayrılanlar oxusun: onu unutmaq üçün...
Tarix: 26-03-2016 | Saat: 16:25
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Sevgilisindən ayrılanlar oxusun: onu unutmaq üçün...
Bütün sevgi münasibətlərinin sonu evliliklə bitməyə bilər. Təəssüf ki, bu zaman ayrılıqların öhdəsindən gəlmək elə də asan olmur. Sevgilinzlə münasibətləriniz sona çatdıqdan sonra oturub ağlamaq, birgə çəkdirdiyiniz şəkillərə baxmaq, depressiyaya girmək yerinə həyatınızda radikal dəyişikliklər edin.

Yataq örtüklərinizi dəyişin

Gecələr onun yataq örtüyünə çökən qoxusunu iyləyib yatmaq sizə daha çox əzab verəcək. Ona görə də onun qoxusunu xatırladan əşyalardan qurtulun. İlk növbədə yataq örtüklərinizi dəyişin.


Sosial şəbəkələrdən uzaq durun

Çalışın sosial şəbəkələrdən uzaq durun. Bunu bacarmayacaqsınızsa, heç olmasa onu profillərinizdə dostluqdan çıxarın, onu izləməyə son qoyun. Onun hər paylaşımında özünüzə pay çıxarmağa ehtiyac yoxdur.


Həzin mahnılar dinləməyin

Pozitiv, şən, oynaq mahnılardan ibarət siyahı tutun. Qulaqcıq taxıb bu mahnıları dinləyin ki, əhvalınız yüksəlsin. Əhvalınızı korlamağa gərək yoxdur.


Onun xatirələrindən uzaq durun

Onu təkcə sosial şəbəkələrdən silmək kifayət deyil. Dostlarınızdan xahiş edin ki, sizin yanınızda olan zaman onun haqqında danışmasınlar. Onun şəkillərinə baxmayın. Onu xatırladan məkanlara getməyin, onu yada salan hər şeydən uzaq olun. Necə deyərlər, gözdən uzaq olan könüldən də uzaq olur.


Dəstək alın

Nə qədər içinizə qapansanız, əhvalınız bir o qədər korlanacaq, bir o qədər bədbinləşəcəksiniz. Yaxşısı budur dostlarınıza zəng edin, onlarla bölüşün. Onlarla birgə gəzməyə gedin, xoş zaman keçirin. Əhvalanızı yüksəldən nə varsa edin, kim varsa görüşün.


Özünüzü yeniləyin

Yeni mövsüm alış-verişi, yeni saç rəngi, yeni saç düzümü, manikür etdirin, kosmetoloqa gedin, dərinizi, üzünüzü təravətləndirin. Bir sözlə, özünüzü yeniləyin. Özünüzü yaxşı hiss etmək üçün nə lazımdırsa edin.


Yeni tərz seçin

Yeni və havalı tərzinizlə geri dönüş edin. Yeni geyimləriniz, saçlarınız, makiyajınız və gülüşünüzlə hər kəsə meydan oxuyun. Sosial şəbəkələrə qayıdın. Profil fotonuzu yeni şəkillə əvəz edin. Təbii ki, o fotoşəkillərin altına atmacalı sözlər yazmağa çalışmayın. Çünki sizin belə bir şeyə ehtiyacınız yoxdur.


Yandırmaq yox!

Xatirələri yada salan şəkilləri yandırmayın, cırıb atmayın. Bir anlıq hirslə xatirələrinizi məhv etməyə çalışmayın. Çünki sonra peşman ola bilərsiniz. Bir müddət onlardan uzaq durun. Sakitləşdikdən sonra xatirələr haqqında qərar verərsiniz.


İdman edin

Yenilənməyin başqa bir yolu da gözəl bədən quruluşudur. İdman etmək depressiyada olan zaman yediyiniz yemək və şokoladları yandırmağa kömək edəcək. Eyni zamanda sizi xoşbəxt edən endorfin hormonlarını ifraz etməyə kömək olacaq.


Xəbəri paylaş

6938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___