İtkin düşən gənc: Üzərimdə pul olmadığı üçün iki qızıl dişimi satdım - FOTO
Tarix: 25-03-2016 | Saat: 15:26
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
“Ac qalmamaq üçün kimdənsə artıq qalan dönəri yeyirdim”.
Balakən rayonunda itkin düşən 30 yaşlı oğlan tapılıb. Rayonun Qullar kənd sakini, 1986-cı il təvəllüdlü Elşən Qurban oğlu Xipiyev martın 24-də axşam saatlarında evinə qayıdıb.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə Report-a itkin düşən gəncin özü məlumat verib. O bildirib ki, martın 16-da axşam saatlarında evdən çıxıb:
“Taksi ilə Zaqatala rayonuna getdim. Üzərimdə pul olmadığı üçün iki qızıl dişimi orada 23 manata satdım. Zaqataladan avtobusla Bakıya yollandım. Getməyimin məqsədi iş axtarmaq idi. Bir həftə ərzində hara getdimsə, iş vermədilər, məni qovdular. Üzərimdə pulum olmadığı üçün yeməyə də bir şey tapmırdım.
Ac qalmamaq üçün kimdənsə artıq qalan dönər və yaxud da peraşkiləri yeyirdim. İki gün öncə 20 Yanvar dairəsi ətrafında hətta 7-8 nəfər mənə sataşaraq döydülər. Qalmağa yerim olmadığı üçün, gecələr zibilliklərdə yatırdım. Dünən Əli adlı balakənli avtobus şoferi mənə yaxınlaşdı və “Səni efir vasitəsilə axtarırlar” deyə bildirdi. Daha sonra taksi ilə Balakənə yola saldı”.
Qeyd edək ki, Elşən Xipiyev martın 16-da evdən gedib. Xipiyevi tapa bilməyən ailə üzləri televiziya və polis vasitəsilə onu axtarışa veriblər.
Xəbəri paylaş
5638 dəfə oxunub.
Digər xəbərlər

22-05-2017, 14:06
Sabahdan bu məhsullar üçün gömrük rüsumu alınmayacaq
11-01-2017, 20:04
Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulacaq - Vaxtı bilindi
27-09-2022, 11:02
Bakıda görmə qüsurlu şəxsi və ona kömək edəni avtomobil vurub, ölən və yaralanan var - FOTO
4-07-2015, 17:27
Nikotini bədəndən belə təmizləmək olar
17-04-2015, 17:33
Bakıda kişi bacısı qızını qətlə yetirdi
13-06-2016, 13:56
İrəvanda Rusiyaya qarşı aksiya: - "Bu səhvdir, satqınlıqdır" (Foto)
11-07-2016, 14:33
Obamadan Putinə nüvə təklifi: Rusiya razılaşacaqmı?
24-12-2016, 18:33
Ərdoğan açıqladı: “Əl Bab azad edildi”
21-04-2015, 23:20
İŞİD silahlıları 11 iraqlı hərbçini edam edib