Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Homoseksualın Hacıbala Abutalıbova müraciəti
Tarix: 16-04-2015 | Saat: 12:50
Bölmə:Karusel / Təhsil / Maraqlı / M2 | çapa göndər

Homoseksualın Hacıbala Abutalıbova müraciəti

Azər Qismət


Onlar bütün dünyada, elə bizim Azərbaycanda da var. Sovet illərində buna təəccüblə yanaşılsa da, ələ salınıb gülünsə də, heç bilməzdik ki, neçə illərdən sonra onlara görə öhdəlik götürəcəyik. Bəli, biz beynəlxalq təşkilat qarşısında onlara görə öhdəlik götürmüşük.

Onları qınamıram, çünki xəstədirlər. Bu xəstəlik barəsində İbn Sinadan tutmuş Tusiyə qədər müxtəlif fikirlər səsləndirilib. Qədim kitablarımızın bəzilərində onlar “übna” adlanır və bildirilir ki, belə adamlar gərək ağaca bağlanıb döyülsün. Bu qədim dövrdə qaldı. İndi isə onları qınamaq, ələ salmaq əslində düzgün deyil. Çünki dünyaya gələndə qadın hormonları kişi hormonlarına nisbətən üstünlük təşkil edir. Və bu prosesə görə yalnız təbiəti ittiham etmək qalır.

Biz onlara görə beynəlxalq təşkilat qarşısında öhdəlik götürəndən sonra ölkəmizdə mavilər təzyiqə məruz qalmır. İstənilən vaxtda, xüsusən gecələr paytaxtda onları görmək mümkündür. Bundan başqa əksəriyyət onlara sataşmağa üstünlük vermir. Belə söz-söhbətlər yayılıb ki, ciblərində həmişə ülgüc gəzdirirlər və yaxşı ülgüc atırlar ki, bu da həyat üçün təhlükəli ola bilər. Yəni, sadə adamların atmacası onlara baha başa gələ bilər.

Bəzən ata-analar narazılıq edirlər ki, onların şəhərdə görünmələri uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Hələ 2003-cü ildə onlardan reportaj hazırlamağı qərara aldıq. Cinsi azlıqlardan biri efir vasitəsilə üzünü Hacıbala Abutalıbova tutub demişdi ki, “əgər ata-analar, ümumiyyətlə yaşlı insanlar bizim şəhərdə görünməyimizi uşaqlarının tərbiyəsinə təhdid hesab edirlərsə, onda bizə paytaxtdan kənarda torpaq sahəsi ayrılsın. Bizim orda kiçik otaqlarımız olsun, bir sözlə Avropa və Amerikadakı kimi məhəlləmiz salınsın. Darvazanın da üzərində yazılsın ki, “16 yaşdan aşağı uşaqların girişi qadağandır”. Kim bizi görmək istəyərsə, ora gəlsin”.

Ayka adlı cinsi azlığın Hacıbala Abutalıbova müraciətinə şəhər meriyasından cavab verilmədi. Əslində, Bakı şəhəri İcra Hakimiyyəti başçısının ona cavab verməyə bir tərəfdən borclu da deyildi. Çünki, ölkədə vəziyyət indiki qədər ürəkaçan deyildi, həm də atalar demişkən “düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız”. Digər tərəfdən isə mavi düz deyirdi. Bəzi Avropa ölkələrində onlar üçün xüsusi məhəllələr salınıb. Kim onları görmək istəyirsə həmin məhəlləyə gedir. Yeri gəlmişkən, həmin Ayka onu da dedi ki, “Avropa mavilərinə Azərbaycan mavilərindən daha yaxşı şərait yaradılır”. Anlamaq olmur, biz bundan başqa onlara daha hansı şəraiti yaratmalıyıq ki? Polisimiz onlara toxunmur, adamlar da daha onlara sataşmırlar. Çünki bu cinsin nümayəndələri öz hüquqlarını yaxşı bilirlər və atmaca sahiblərini birbaşa polisə verir, qanun qarşısında ölçü götürülməsini tələb edirlər. Adamlarımızın da onları görməyə gözü alışıb. Bundan başqa onlara hansı şərait yaradılmalıdır ki? Efirlərimizdə kifayət qədər belə cinsin nümayəndələrinə rast gəlmək mümkündür. Samir Bağırov, Samiraldo və digərləri istər müğənnilikdə, istərsə də modelyerlikdə öz sözlərini deyirlər. Hətta Azərbaycan xalqına necə geyinməyin qaydalarını öyrədirlər. Bəzi jurnalistlər onları kübar cəmiyyətin nümayəndələri kimi təqdim edir, birgə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşırlar.

İndi mavilik dünyada ən prestij peşə sayılır. Onlar hansı ölkədə yoxdursa, o ölkə demokratik sayılmır. Onlardan hətta təzyiq vasitəsi kimi də istifadə edilir. Məsələn, ölkəmiz maraqlara cavab verməyəndə təzyiq vasitəsi kimi Azərbaycanda doğulub Türkiyədə yaşayan mavilərdən istifadə olundu. Onlar dedilər ki, “Təzyiqə məruz qaldığımız üçün Azərbaycandan Türkiyəyə qaçmışıq”. Yaxud, mavilik digər ölkələrdə sığınacaq almaq üçün yararlı vasitələrdən biridir. 2000-ci illərin əvvəllərində Azərbaycanın 29 nəfər “mavi”si Niderlanddan sığınacaq istəmişdi. Bəhanə belə olmuşdu ki, “bizə burada əzab verirlər, həyatımız təhlükə altındadır”. Niderland polisi yoxlayıb görmüşdü ki, onlardan 9-u əsil mavidir, digərləri isə əməlli-başlı kişidir. Yəni, xaricdən sığınacaq almağa bu da daxildir. Hər halda xarici ölkənin polisi də axmaq deyil.

Və sonda gəlirəm mustafaya, söhbətin əsas məğzinə. Düzdür, biz öhdəlik götürmüşük, amma inanın ki, bir tərəfdən onların “Avropa” otelinin yanından Dram Teatrının yanına, indi isə “Azərbaycan” Nəşriyyatının qarşısına toplanmaları, uşaqların psixikasına ciddi təsir göstərə bilər. Ona görə də polislərimiz hərdən onlarla söhbət aparmalıdır. Ki, heç olmasa paytaxtın küçələrinə gecələr çıxsınlar. Belə daha yaxşı olar. Daha bundan artıq neyləyə bilərik. Öhdəlik öhdəlikdir.



5728 dəfə oxunub.

Digər xəbərlər
25-06-2022
bütün xəbərlər
____ Instagram ___