Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müavin oğlu kənd sakinini həbs etdirdi: ZƏRDABDA SKANDAL
Tarix: 24-03-2016 | Saat: 17:25
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Müavin oğlu kənd sakinini həbs etdirdi: ZƏRDABDA SKANDAL
Goranboylu məmurun oğlunun özbaşınalığına etiraz edən Alıbəyli kənd sakini Elçin Umarov polis tərəfindən saxlanılıb

Bir neçə saat bundan əvvəl Zərdab rayonunda skandal yaşanıb. "Xəbəraz.az " xəbər verir ki, skandala səbəb Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elçin İsmayılovun oğlu olub.

Belə ki, İsmayılovun oğlu Zərdab rayonunun Alıbəyli kəndindəki qohumlarının evinə qonaq gəliblərmiş. Kəndin içində yüksək sürətlə maşın sürən icra başçısının müavinini oğlunu bir neçə cavan oğlan saxlayıb. Onun kim olduğunu soruşublar və niyə belə etdiyini, bunun təhlükəli olduğunu diqqətinə çatdırıblar.

Məlumatda vurğulanır ki, gənclərdən Elçin Umurovun hərəkətləri, xüsusən də onu sorğu-suala çəkməsi müavinini oğlunun xoşuna gəlməyib. Və o, «Mən icra başçısının müavinini oğluyam, istədiyimi də edə bilərəm» deyərək, onunla əlbəyaxa olub. Nəticədə dava-dalaş yaşanıb. Hadisə yerinə polis çağıran cavanlar icra başçısının müavinini oğlunun hərəkətlərinə hüquqi qiymət veriləcəyini gözlədikləri halda, iş tərsinə çevrilib. Belə ki, polis dava-dalaş salan müavin oğlunu deyil, Elçin Umurovu saxlayaraq, onu həbs edib.

Məsələ ilə bağlı BTV əməkdaşları Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Elçin İsmayılovla əlaqə saxlayaraq, məsələyə münasibətini öyənib. İcra başçısının müavini bildirib ki, onun oğlu dava-dalaş salmayıb və heç kimi həbs etdirməyib.


Xəbəri paylaş

5918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___